6 oyunda 3 qələbə

25.10.2014 | 2308 dəfə oxunub

Aşağı yaş qruplarından olan komandalar üçün AFFA tərəfindən təşkil olunan liqalarda növbəti oyunlar keçirilib. Stadium.Az xəbər verir ki, son bir həftədə U-14, U-13, U-12 və U-11 Liqalarında 2014/15 mövsümünün IV, U-19, U-16 və U-15 Liqalarında isə V turunun matçları keçirilib.

U-17-lər isə bu dəfə meydana çıxmayıb. “Qəbələ”nin meydana çıxan 6 komandasından üçü qalib gəlib, ikisi heç-heçə edib və yalnız biri uduzub. Ən böyükhesablı qələbəni isə 10 cavabsız ol vuran U-13 əldə edib.
Paytaxt zonasında çıxış edən U-14 komandası “Bakı”ya qalib gəlib – 5:1. “Qəbələ” 4 turdan sonra 7 xal toplayıb. Komandanın növbəti rəqibi “Nefti” İK olacaq.

U-13 komandası Balakən UGİM-i ni 10:0 hesabı ilə məğlub edib. Keçirdiyi hər 3 matçda qalib gələn “Qəbələ” növbəti turda ismayıllı UGİM-i ilə görüşəcək. “Daşqın”la qarşılaşan U-12 ardıcıl 2-ci dəfə 1 xalla kifayətlənib – 1:1. 4 matçda 8 xal toplayan komandanın növbəti rəqibi “Rabitəçi” olacaq. U-11 Liqasında “Qəbələ” “Simurq”la qarşılaşıb. “Qırmızı-qaralar” bu matçda 1:2 hesabı ilə uduzub. 3 matçda 6 xal toplayan komanda növbəti turda Qəbələ UGİM-i ilə üz-üzə gələcək.

U-19 Liqasında “Qəbələ” AZAL-la məhsuldar heç-heçə edib – 3:3. 4 oyunda 7 xal toplayan komanda növbəti matçında “İnter”lə görüşəcək.
“Qəbələ”nin 4 oyundan sonra 12 xalla liderlik etdiyi U-17 komandası son həftə matç keçirməyib. Növbəti turda “qırmızı-qaralar” “Xəzər Lənkəran”la görüşəcək. U-16 Liqasında “Qarabağ”la oyunu baş tutmayan “Qəbələ” 4 matçda topladığı 10 xalla yarışın potensial lideridir. Növbəti matçda komanda “Sumqayıt”la görüşəcək.

Litvada keçirilən beynəlxalq turnirin lideri olan U-15 səfərə lider kimi yollanıb. “Bakı”nı 2:1 hesabı ilə məğlub edən komanda 5 matçda 13 xal toplamaqla turnir cədvəlinin 1-ci pilləsindədir. U-15 növbəti turda “İnter”lə görüşəcək.

gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail