UEFA-dan Serbiya və Albaniya millilərinə böyük zərbə - QƏRAR AÇIQLANDI

24.10.2014 | 3082 dəfə oxunub

UEFA Avro-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya matçında baş verən hadisələrlə bağlı yekun qərarını açıqlayıb.

Stadium.Az xəbər verir ki, Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Serbiya millisinin isə turnirdə üç xalı silinib və millinin "Avro-2016"nın seçmə mərhələsində iki matçda azarkeş dəstəyi olmadan oynayacağı bildirilib. Bundan başqa, hər iki milli 100 min avro məbləğində cərimələnib.

Serbiya – Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Bundan sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail