"Neftçi"li futbolçu iki klubun prezidentindən üzr istədi

23.10.2014 | 3871 dəfə oxunub

“Neftçi” klubunun gənc oyunçusu, icarə əsasında “Kəpəz” klubunda oynayan Vurğun Fərəczadənin avtomobili yüksək sürətlə idarə etməsi və sosial şəbəkədəki profilindən şəkil video paylaşması birmənalı qarşılanmamışdı. 
 
Stadium.Az xəbər verir ki, hətta Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də məsələnin araşdırılacağını qeyd etmişdi. Məsləni dəqiqləşdirmək üçün gənc futbolçunun özü ilə danışdıq. Saytımıza açıqlama verən Fərəczadə hadisəni belə şərh etdi: 

"İlk növbədə məxsus olduğum "Neftçi" və çıxış etdiyim "Kəpəz" klubunun rəhbərliyindən və azarkeşlərindən üzr istəyirəm. Hadisəyə gəlincə, şəkil indi deyil çoxdan, azı 3 ay bundan öncə istirahət vaxtı çəkilmişdi. Səhvimi anlayıram, mən də cavanam. Amma bunu ictimayiləşdirmək düzgün deyil. Kim bunu edibsə, qəsdən edir.  Allah canını sağ eləsin. Mən elə insan deyiləm ki, özümü biabır edəm. Səhvimi cavanlığıma bağışlasınlar. Bir də belə halların təkrarlanmasına yol verməyəcəm". (sportmedia.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail