"Qarabağ"la görüşdə oynamaq daha asan olacaq"

22.10.2014 | 2512 dəfə oxunub

"Dnepr"də top qovan Nikola Kaliçin yerli mətbuata maraqlı açıqlamalar verib. Stadium.Az xəbər verir ki, 26 yaşlı xorvat oyunçu "Qarabağ"la oyundan öncə öz fikirlərini səsləndirib:

"Qarabağ" həqiqətən yüksəlişdədir, zədəli futbolçuları demək olar ki, yoxdur. Sabah çox vacib oyun olacaq. Ona görə də mütləq qələbə qazanmalıyıq. Şübhəsiz, ölkə çempionatında "Çernomorets" üzərində qələbə bizə əlavə impuls verdi. Bu mənada Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la görüşdə psixoloji baxımdan oynamaq daha asan olacaq. Bundan yanaşı, Azərbaycan komandasına qarşı təkcə ev yox, səfər oyunlarında da uğurlu çıxış etməliyik. Rəqib hər zaman güclü təsir bağışlayır.

Düşünürəm ki, "Qarabağ"ın Bakıda "Sent-Etyen"lə dueli onların evdə nə dərəcədə çətin bir komanda olduğunun parlaq göstəricisidir. Biz daha öncə güclü rəqiblərə qarşı oynamışıq. "Kopenhagen", "Hayduk", "İnter" və "Sent-Etyen" yaxşı səviyyəli komandalardır və onlara qol vurmaq çox da asan deyil. "Qarabağ"la oyunda "vurulan toplar" qrafası da daxil olmaqla öz göstəricilərimizi yaxşılaşdırmağa çalışacağıq. Yekunda qol vura bilməsək, qələbə də olmayacaq. Ona görə də bizə mütləq qol vurmaq lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail