"Bakı"nın çalışdırıcısı 5 oyunluq cəzalandı

21.10.2014 | 3595 dəfə oxunub

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib.


17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqanın VIII turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqanın VIII turunun “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ” klubunun 4, “Qəbələ” klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).

18 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqanın VIII turunun “Araz Naxçıvan” – AZAL matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). 19 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqanın VIII turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 69-cu dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Zekir Muarrem və İnzibatçısı Vüqar Əliyev hakimlər briqadasın təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanır, klub 10000 manat cərimə olunur. (maddə 42.4).

16 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). 17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Araz Naxçıvan” – AZAL matçının 44-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 54 №-li futbolçusu İlqar İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “İnter” – “Simurq” matçının 89-cu dəqiqəsində “Simurq” klubunun 83 №-li futbolçusu Elmir Suluxayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

16 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Neftçala” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
16 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VII turunun MOİK – “Turan-Tovuz” matçının 45+1-ci dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Zahid Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.(maddə 42.3).

16 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Ağsu” – “Kəpəz” matçında “Ağsu” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Lokomotiv” – “Energetik” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Zirə” – “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ” klubunun 88 №-li futbolçusu Vügar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). 17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Bakılı” – “Şəmkir” matçının 71-ci dəqiqəsində “Şəmkir” klubunun 9 №-li futbolçusu Anar Rzayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).Oyunun 86-cı dəqiqəsində “Bakılı” klubunun 6 №-li futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

17 oktyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun VII turunun “Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 13-cü dəqiqəsində “Mil-Muğan” klubunun 11 №-li futbolçusu Sabir Allahquliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 400 manat cərimə olunur. (maddə 38.3). Oyunun 67-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 85 №-li futbolçusu Natiq Əkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur. (maddə 42.3).

Oyunun 70-ci dəqiqəsində “Mil-Muğan” klubunun masajçısı Səbuhi Məhərrəmov rəqib komandanın futbolçularını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur. (maddə 42.3). Oyunnan sora “Qaradağ Lökbatan” klubunun futbolçusu Cavid Mirzəyev əsas binanın qapısının şüşəsin sındırmışdır. “Mil-Muğan” klubu dəymiş ziyanı kluba bildirdikdən sora həmin məbləğ “Qaradağ Lökbatan”   klubu tərəfdən stadiona ödənilsin. Hakimlər briqadası oyuna gecikdiyi üçün oyun 30 dəqiqə gec başlamışdır.Hakimlər komitəsi hakimlər haqqında ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

15 oktyabr 2014-cü il U-19 Liqasının “Bakı” – “Simurq” matçının 85-ci dəqiqəsində “Bakı” klubunun 6 №-li futbolçusu Tapdıq Əhmədov idmançıya yaraşmayan hərəkətə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 88-ci dəqiqəsində “Bakı” klubunun 50 №-li futbolçusu Yusif Şirinov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3). Oyunun 90+3-cü dəqiqəsində “Simurq” klubunun 82 №-li futbolçusu Ariz İsmayılov idmançıya            yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
15 oktyabr 2014-cü il U-19 Liqasının AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Cavid Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
13 oktyabr 2014-cü il Bakcell U-17 Liqasının “İnter” – “Kəpəz” matçının 54-cü dəqiqəsində “Kəpəz” klubunun 11 №-li futbolçusu Röyal Eyvazov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 54-cü dəqiqəsində “İnter” klubunun 13 №-li futbolçusu Göyüş Əlizadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
13 oktyabr 2014-cü il Bakcell U-17 Liqasının “Bakı” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində “Bakı” klubunun 15 №-li futbolçusu Əmrah Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

13 oktyabr 2014-cü il Bakcell U-17 Liqasının “Neftçi” – “Sumqayıt” matçının 80-cı dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Kənan Məmmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). Oyunun 83-cü dəqiqəsində “Sumqayıt” klubunun 13 №-li futbolçusu Elmin Bayramov idmançıya                 yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

13 oktyabr 2014-cü il U-16 Liqasının “Xəzər Lənkəran” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 6 №-li futbolçusu İbrahim Qədirzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). 16 oktyabr 2014-cü il U-16 Liqasının “Simurq” – “Turan T” matçının 14-cü dəqiqəsində “Turan T” klubunun 4 №-li futbolçusu Nicat Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
16 oktyabr 2014-cü il U-16 Liqasının “Qarabağ” – “Bakı” matçının 69-cu dəqiqəsində “Bakı” klubunun 4 №-li futbolçusu Rahid Ağazadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

14 oktyabr 2014-cü il U-15 Liqasının “Şahdağ” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Elcan Hafizli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3). 11 oktyabr 2014-cü il U-14 Liqasının “Məhsul” (Zərdab) – “Kürdəmir” matçının 45-ci dəqiqəsində “Kürdəmir” klubunun 8 №-li futbolçusu Ərzuman İbadov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 oktyabr 2014-cü il U-14 Liqasının “Atara” – “Dinamo” matçında “Dinamo” klubunun məşqçisi Nazim Tarverdiyev öz futbolçularını təhqir etdiyinə görə 3 oyun cəzalanır(maddə 42.3).

19 oktyabr 2014-cü il Coca-Cola U-13 Liqasının “Horadiz” (Fizuli) – “Xudafərin” (Cəbrayıl) matçının 17-ci dəqiqəsində “Horadiz” klubunun 17 №-li futbolçusu Nəsimi Cəfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). 11 oktyabr 2014-cü il Coca Cola U-13 Liqasının “Sahil M-319” – “Qarabağ”matçında Sahil M-319 klubuiştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3 –cü dəfə təkrarlandığına görə “Sahil M-319” klubu yarışdan kənarlaşdırılır. 19 oktyabr 2014-cü il U-10 Liqasının “Rəvan” – “Bakı” matçında “Bakı” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

19 oktyabr 2014-cü il U-10 Liqasının “Astara” – “Zirvə” (Lənkəran) matçında “Zirvə” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 19 oktyabr 2014-cü il U-11 Liqasının “Bədişqala” – “Quba” matçında “Bədişqala” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 19 oktyabr 2014-cü il U-13 Liqasının “ŞKGB” – “Quxorobo-Şahdağ” matçında “Quxorobo-Şahdağ” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

18 oktyabr 2014-cü il U-14 Liqasının “Çıraq-Qala” – “Qudyalçay” matçında “Qudyalçay” klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 18 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan həvəskarlar birinciliyi “Uğur” – “Yeni Günəşli” matçının 42-ci dəqiqəsində “Uğur” klubunun 10 №-li futbolçusu Vüsal Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 37.1).

18 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Young” – “Bakufire” matçının 50-ci dəqiqəsində “Bakufire” klubunun 17 №-li futbolçusu Heybət Süleymanzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
18 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan həvəskarlar birinciliyinin “Sədərək” – “Məkan” matçının 15-ci dəqiqəsində “Məkan” klubunun 17 №-li futbolçusu Xəlil Xəlilov, 22-ci dəqiqəsində 4 №-li futbolçusu Bəhman Şadlinski idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 1 oyun cəzalanır (maddə 48). Oyunun 35-ci dəqiqəsində “Sədərək” klubunun 14 №-li futbolçusu Fariz Abbasov, “Məkan” klubunun 6 №-li futbolçusu Malik Zeynalov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanır (maddə 38.3).
19 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan Azərbaycan II dəstəsinin “Timsport” – “Bakufire-2” matçının 23-cü dəqiqəsində “Bakufire-2” klubunun 3 №-li futbolçusu Emin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
19 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan Azərbaycan II dəstəsinin “Ulduz” – “FKİT” matçının 50-ci dəqiqəsində “Ulduz” klubunun 23 №-li futbolçusu Babək Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
19 oktyabr 2014-cü il futzal üzrə Azərbaycan II dəstəsinin “Rabitə” – “Disput” matçının 25-ci dəqiqəsində “Disput” klubunun 7 №-li futbolçusu Rüfət Quliyev, “Rabitə”   klubunun 5 №-li futbolçusu Zaur Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 4 oyun cəzalanır (maddə 38.3).
16 oktyabr 2014-cü il Azərbaycan çempionatının “Araz” – “EKOL” matçının 16-cı dəqiqəsində “EKOL” klubunun 3 №-li futbolçusu Seymur Məmmədov, “Araz” klubunun 11 №-li futbolcusu Namiq Məmmədkərimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail