Berti Foqts jurnalistlərə yaltaqlandı

12.09.2014 | 5659 dəfə oxunub

"Avro-2016-nın seçmə mərhələsində keçirilmiş Azərbaycan - Bolqarıstan oyununun təhlilini, azarkeşlərin və şəxsi məyusluğumu nəzərə alaraq, milli komandanın baş məşqçisi kimi yalnız oyun barədə fikirlərimi deyil, həm də hisslərimi bölüşməyimi özümə borc bilirəm. Oyuna yaxşı başladıq. Məqsədimiz erkən qol vurmaq idi. Təxminən ilk 10-12 dəqiqə ərzində 2 qol epizodu yaratsaq da, futbolçularımın fərdi ustalığının çatmaması ucbatından hesabı aça bilmədik. Rəqibin qapımız qarşısında yaratdığı, demək olar ki, ilk real qol epizodu isə qolla nəticələndi. Sevindirici məqam o oldu ki, hesabda geri düşməyimizə baxmayaraq, cavab qolu vura bildik".

Stadium.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts "Abro-2016"nın seçmə mərhələsində Bolqarıstana məğlub olduqları oyun haqda fikirlərini AFFA-nın saytına bildirərkən deyib.

O deyib ki, rəsmi matçlarda milli komandanın hər bir futbolçusu ikiqat məsuliyyət hiss etməlidir:

"Dəfələrlə bildirmişəm ki, beynəlxalq səviyyəli futbolla ayaqlaşa bilmək üçün klublarda da fiziki hazırlığın yüksəldiləməsi istiqamətində daha artıq iş görülməlidir. Milli komandada bir-birini çox yaxşı tanıyan futbolçular çıxış edir. Hətta komandaya yeni qoşulanlar da uyğunlaşma problemi yaşamır. Bilirəm ki, hazırda güclü təzyiqə məruz qalmışıq. Azarkeşlər də, AFFA rəhbərliyi də bizdən qələbə gözləyirdi. Çünki bu, birinci oyun olduğu üçün seçmə mərhələyə pozitiv əhval-ruhiyyədə başlamaq baxımından vacib amil idi. Təbii ki, mən də, futbolçular da qələbəyə hazırlaşmışdıq. Təəssüf ki, görüşün sonuna 3 dəqiqə qalmış buraxılan kobud səhv ucbatından həm 1, həm də 3 xaldan məhrum olduq. Bu ilin sonuna qədər bizi qrupun favorit komandalarına qarşı 3 oyun gözləyir. Arzu edirəm ki, həmin oyunlaradək klublarında məşq edən futbolçular eyni zamanda, millini də unutmasınlar.

Bolqarıstanla oyundan sonra mətbuat konfransını yarımçıq tərk etməsinə də aydınlıq gətirən almaniyalı mütəxəssis media nümayəndələrindən bu hadisəni unutmağı xahiş edib:

"Məğlubiyyətə görə hər birimiz emosional və həyəcanlı idik. Mətbuat nümayəndələrindən bunu unutmağı xahiş edirəm. Jurnalist dostlarımdan bir ricam da var ki, oyunun təhlili zamanı təkcə bir futbolçunun deyil, ümumilikdə bütün komandanın, hər bir futbolçunun çıxışını diqqət mərkəzində saxlayaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail