Güloğlan Cabbarov "Neftçi"yə və AFFA-ya "ilişdi"

11.09.2014 | 6586 dəfə oxunub

“Neftçi”nin keçmiş idman direktoru Güloğlan Cabbarov “Qəbələ”dən yeni transfer olunan Elnur Allahverdiyevlə bağlı öz narazılığını bildirib. Stadium.az xəbər verir ki, sabiq klub rəsmisi fikirlərini yenə “facebook“ səhifəsində bölüşüb:

“Dünyanın işinə bax e, deyirəm. Deyirlər, Elnur Allahverdiyev “Neftçi” ilə müqavilə bağlayır bu gün, Keçən il 28 may yadıma düşdü. Mahir Şükürov “Neftçi“dən, Elnur Allahverdiyev “Xəzər Lənkəran” tərəfdən təpikləşirdi, hərəsine 6 oyunluq cəza verildi. İndi Elnur “Neftçi”də, Mahir də Allah bilir harda. Sabah Mahir də “Xəzər Lənkəran”da gəlib oynasa, heç təəccüblənmərəm. Burda bir meyxana yadıma düşdü: “Dağil ey dünya, dağıl...”.

Ona görə də boş və mənasız şeydi futbolçuların üstündə kiməsə nəsə demək. Onların borcudu ki, aldıqları pulun əvəzində çıxıb meydançada canlarını qoysunlar. Özü də deyim ki, dünyada bizim futbolçular kimi yoxdu haa... Əzəli rəqiblər heç vaxt biri digərində oynamır. Bizimkilər isə pula görə ora hoppanır, bura hoppanır. Ona gorə də, futbolumuz inkişaf edəcək. O, Berti Foqtsu da “neprav çıxartmayın, neynəyir, düz edir…”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail