Melvin Platye "Neftçi"dən ayrılmasına münasibət bildirdi

01.09.2014 | 3553 dəfə oxunub

"Neftçi" ilə yolları ayrılan hollandiyalı Melvin Platye özlkəsinin media işçilərinə açıqlama verib. Stadium.Az xəbər verir ki, hücumçu "flaqman"dan ayrılmasına münasibət bildirib.

Platye Azərbaycan klubunda oynamamasını legioner limiti ilə əlaqələndirib: "Böyük ehtimalla, "Neftçi"dən gedəcəm. Lakin bunun dəqiq olduğunu deyə bilmərəm. Bilirsiz ki, Azərbaycan çempionatında bir oyunda yalnız 5 legioner meydana çıxa bilər. Belədə, oynamaq da çətin olur.

Nəzərə alsaq ki, "Neftçi"nin heyətində 13 legioner var, onda deyə bilərik ki, bu klubda meydana çıxmaq çətin məsələdi. Məhz bu üzdən son mövsümü icarə əsasında "Kalmar"da keçirdim. Artıq özümə yeni klub axtarıram. Azad agent statuslu futbolçu olduğumdan, işimin asan  olacağını düşünürəm".

Platye ölkəmizdə legioner limitinin 5 olduğunu söyləsə də, Premyer Liqamızda bu limit 6-dı.

Platye keçən mövsümün əvvəlində "Neftçi"yə transfer olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail