Avropa Kuboku başa çatdı

01.09.2014 | 3289 dəfə oxunub

Avqustun 28-dən etibarən Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında təşkil olunmuş Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turnirinə bu gün keçirilmiş üç oyunla yekun vurulub.

Stadium.Az xəbər verir ki, 5-ci yer uğrunda oyunda Azərbaycan və Macarıstan milliləri qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün 3 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. Hesab dəyişmədiyi üçün qalib penalti seriyasında müəyyənləşib. Hər komanda üçün 3 zərbədən ibarət seriyada macarıstanlı futbolçular daha sərrast olub. Millimizin rəqibi penaltilərdə 2:1, ümumi nəticədə isə 5:4 hesabı ilə qalib gələrək turniri 5-ci yerdə başa vurub.
3-cü yer uğrunda qarşılaşma Yunanıstan və Rusiya milliləri arasında keçirilib. Rəqibini 7:4 hesabı ilə məğlub edən rusiyalı futbolçular turniri ilk üçlüyün sonuncu pilləsində qapayıb.
İspaniya və İsveçrə millilərinin qarşılaşdığı final oyununda pireneylilər 8:6 hesabı ilə qələbə qazanaraq Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turnirində birinci yeri tutublar.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov turnirin ən yaxşı qapıçısı üçün təsis olunmuş mükafatı Macarıstan yığmasının qolkiperi David Fiskora təqdim edib.
Turnirin ən məhsuldar oyunuçusu, İsveçrə komandasının üzvü Noel Ott mükafatını AÇFF-nin prezidenti Fərid Novruzidən alıb.
İspaniya millisinin futbolçusu Juanma turnirin ən yaxşı oyuçusu adına layiq görülüb. Ona mükafatı FIFA Çimərlik Komitəsinin üzvü, Beynəlxalq Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Joan Custo verib.
Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 turnirinin qalibi olan İspaniya milli komandasına kubok AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən təqdim olunub.
Turnirdə keçirilmiş bütün oyunların hesabını bir daha diqqətinizə çatdırırıq:
 
28 avqust
İsveçrə – Yunanıstan 6:1
İspaniya – Macarıstan 6:4
 
29 avqust
Rusiya – Macarıstan 4:3
Azərbaycan – Yunanıstan 3:4
 
30 avqust
Rusiya – İspaniya 3:4
Azərbaycan – İsveçrə 8:9
 
31 avqust
Azərbaycan – Macarıstan 3:3 (1:2 – pen.)
Yunanıstan – Rusiya 4:7
İsveçrə – İspaniya 6:8

affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail