"Qarabağ" - "Bakı" oyununda qalmaqal - AZARKEŞ ÜSTÜNDƏ POLİSLƏR DAVA ETDİ

01.09.2014 | 4816 dəfə oxunub

 Ötən gün keçirilən “Qarabağ” – “Bakı” oyunundan sonra xoşagəlməz hadisə baş verib. Stadium.az xəbər verir ki, qarşılaşma başa çatandan sonra polis əməkdaşları stadionun binasınını çıxış qapısı qarşısında olan bir azarkeşi oradan uzaqlaşdırmaq istədilər. Bu zaman həmin şəxslə polis əməkdaşları arasında mübahisə, ardınca isə insident yaşandı. Ən maraqlı məqam da elə bundan sonra yaşandı. Belə ki, sən demə, polislərin az qala zor tətbiq etdiyi həmin azarkeş orada olan başqa polis əməkdaşlarının yaxınıymış. Elə bu səbəbdən də azarkeşə zor tətbiq etmək istəyən polis əməkdaşlarıyla həmin şəxsin yaxınları arasında mübahisə yaşandı. Hətta sözləri üst-üstə düşməyən polis əməkdaşları bir-birlərinin yaxalarından tutaraq az qala əlbəyaxa dava etsinlər. Bu zaman isə olaya müdaxilə edən digər polis əməkdaşları mübahisəyə səbəb olan şəxsi hadisə yerindən uzaqlaşdıraraq, az qala dava edən həmkarlarını da sakitləşdirməyə çalışdılar.

Olayı kamerayla lentə almaq istəsək də, polis əməkdaşlarının buna mane olması istəyimizi həyata keçirməyə mane oldu. Bu zaman isə jurnalistlərlə hüquq mühafizə orqanlarının işçiləri arasında mübahisə yaşandı. Ancaq bir neçə başa düşən polis əməkdaşının işə qarışmasıyla olay böyümədən də bitdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail