Qurban Qurbanov: “Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq"

01.09.2014 | 3390 dəfə oxunub

“Oyun barədə çox danışmaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı. Xalsız qalmaqdansa, bir xal daha yaxşıdır. “Bakı”nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür”.

Stadium.az xəbər veirr ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Bakı” ilə bərabərə qaldıqları oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

Qeydə alınan nəticədən narahat olmadığını bildirən baş məşqçi bəzi futbolçulardan narazı olduğunu qeyd edib: “Bu gün 3 qol vursaydıq, bəlkə də 4 qol buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Futbolçuların üzərinə çox getmək istəmirəm. Yol yorğunluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq onlara öz narazılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail