"Araz Naxçıvan" Premyer Liqanı tərk edir?

31.08.2014 | 5369 dəfə oxunub

Bu mövsüm Premyer Liqamızda debüt edən "Araz Naxçıvan" çempionatdan çıxmaq fikrinə düşüb. Stadium.Az xəbər verir ki, buna səbəb hakimlərin Naxçıvan klubuna qarşı etdiyi haqsızlıqlardı.

Komanda oyunlarda hakimlərin səhvləri ucbatından uduzduqlarını iddia edərək çempionatdan çəkilmək istəyirlər. 


Komandanın "facebook" səhifəsində bu haqda yazı da dərc olunub: Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" PFK çempionatdan çəkilmək qərarına gəlib. Buna səbəb komandanın son iki turda üzləşdiyi hakim səhvləridir. İlk olaraq, Qəbələdə keçirilən (2-ci tur) matçda hakim Rəhim Həsənovun 19-cu dəqiqədə qayda pozuntusu olmadan "Araz-Naxçıvan"ın qapısına təyin etdiyi penalti komandanın məğlub olmasına səbəb olmuşdur. Buna etiraz etməyən klub növbəti turda da eyni aqibətlə üzləşdi. Bu dəfə "Sumqayıt"la 4-cü turda keçirilən matçda referi Ömər Paşayevin qərəzli qərarları "qırmızı-ağlar"ı çempionatdan çəkilməyə vadar edib. Oyun ilk hissəsinin son dəqiqlərində rəqib qapısına gedən topu müdafiəçilər əli ilə qapı xəttindən çıxarsalar da, hakimin qərarı ağ nöqtə yox, künc zərbəsi olub. Görüşün son dəqiqəsində isə qapı xəttini keçmiş topu referi Paşayev qeydə almayıb. Səbəb kimi isə rəqib qapıçıya müdaxiləni göstərib.


Qeyd edək ki, oyunun hakim-inspektoru Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov olub.
İşi iş bilənə ver! Nə vaxta qədər oyun idarə edə bilməyən hakimlər stadionlarımızda fit çalacaq? AFFA, PFL və HK hara baxır?! Premyer Liqanın hər turundan sonra 2-3 hakim 3-4 oyunluq çempionatdan uzaqlaşdırılır. Demək ki, qərəzli qərarlar verən referilərə 3-4 oyunluq cəza onları qane etmir. Bu hara kimi davam edəcək? Ölkə prezidenti Cənab İlham Əliyevin "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair imzaladığı" sərəcama AFFA, PFL və HK-nin münasibəti göz qabağındadır.


Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hər zaman açıqlamalarında 11 futbolçu tapıb oynada bilmədiyindən şikayətlənir. Nə qədər ki bu qərarlar var, federasiya bu qərəzli qərarlara göz yumarsa, Azərbaycan futbolunun inkişafı barədə düşünməsin və millidə yalnız legionerlərin oynamasını qəbul etsin!


"Araz Naxçıvan" çempionatda keçirdiyi 3 oyunda 3 xal qazanmağı bacarıb. Komanda ilk turda "Neftçi"yə qalib gələrək, 3 xalı aktivinə yazdırıb - 3:0.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail