AZAL rəhbərliyi futbolçularına xəbərdarlıq etdi - FOTO

30.08.2014 | 3108 dəfə oxunub

Bu gün “Qəbələ” ilə qarşılaşacaq AZAL-da dünən klubdaxili iclas keçirilib. Stadium.az xəbər verir ki, klub rəhbərliyi komandanın məşqçi, futbolçu və texniki heyəti ilə görüşüb. 

Klubun vitse-prezidenti Fikrət Hüseynov matç ərəfəsində futbolçuların hazırlığı ilə maraqlanıb. Hüseynov ilk 2 turda qeydə alınan uğursuz nəticələrə baxmayaraq futbolçulara inandığını bildirib: “Futbolçuların potensialının olduğunu bilirik. Onu da anlayırıq ki, komandanın heyəti yenidən qurulub. Ancaq artıq toparlanmaq vaxtıdır. İlk 2 oyundakı nəticələri unudub bu matçdan qələbənin təməlini qoymaq vacibdir. Rəhbərlik olaraq bütün futbolçulara güvənir və sizin komandanı layiq olduğu yerlərə çıxaracağınıza inanırıq”.

Ardınca baş məşqçi Tərlan Əhmədov söz alıb. Gənc mütəxəssis rəhbərliyin göstərdiyi etimadı doğrultmağa borclu olduqlarını bildiriərək ən yaxın zamanda vəziyyətin düzələcəyini qeyd edib. Baş məşqçi futbolçulardan Qəbələ səfərində qələbənin təməlinin qoyulmasını istəyib. (klub saytı)

Sportlife.Az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail