"Dnepr" rəsmisi "Qarabağ"ı tanımadı

30.08.2014 | 3200 dəfə oxunub

UEFA Avropa Liqasının F qrupunda "Qarabağ"a rəqib olan "Dnepr" klubunun direktoru Andrey Steçenko püşkatmanı dəyərləndirib. Stadium.Az xəbər verir ki, Ukrayna komandanın rəsmi saytına danışan klub rəsmisi çətin qrupa düşdüklərini söyləyib.

Steçenko Ağdam klubu haqda danışarkən təmsilçimizi tanımadığını bildirib: "Çətin qrupa düşdük. Təbii ki, yer aldığımız qupda "İnter" daha güclüdü. "Sent Etyen"ə gəlincə, komandamız həmişə fransızlarla oyunda çətinlik çəkib. Nəticələr də ürəkaçan deyil.

"Qarabağ"la bağlı heç nə deyə bilmərəm. Çünki Azərbaycan klubunu tanımıram. İstənilən halda, "Qarabağ"ın qrup mərhələsinə yüksəlməsi Azərbaycan futbolunun inkişafından xəbər verir. Çalışacağıq ki, qrupdan çıxaq".

Avropa Liqasının F qrupunda yer alan Ağdam klubu "Dnepr"lə yanaşı, İtaliya "İnter"i və Fransanın "Sent Etyen" klubları ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail