"Qarabağ"ın rəqiblərini az da olsa tanıyaq

30.08.2014 | 3068 dəfə oxunub

Tarixində ilk dəfə olaraq Avro Liqanın qrup mərhələsinə adlayan “Qarabağ”ın artıq bu etapda mübarizə aparacağı komandaların adlarına aydınlıq gəlib. Stadium.az xəbər verir ki,  F qrupunda qərarlaşan “Qarabağ” İtaliyanın “İnter”, Fransanın “Sent Etyen” və Ukraynanın “Dnepr” klubları ilə mübarizə aparacaq.  Təmsilçimizin rəqiblərinə qısaca nəzər yetirək.

Sözsüz ki, qrupun ən güclüsü və favoriti İtaliyanın “İnter” klubu sayılır. 18 qat  İtaliya çempionu olan “İnter” tarixi ərzində 3 dəfə (1963-64,1964-1965,2009-10) Çempionlar Liqası qalibi, 3 dəfə də(1990–91, 1993–94, 1997–98)  Avro Liqanın qalibi olub. Ötən mövsüm İtaliya “A seriya”sını 5-ci yerdə tamamlayan “İnter” turnirin ən iddialı komandaları sırasında gedir.


Digər rəqib isə əsası 1919-cu ildə qoyulan Fransanın “Sent Etyen” klubudur. “Sent Etyen” Avro Liqanın play-off mərhələsində Türkiyənin “Karabükspor” klubunu penaltilər seriyasında 4-3 hesabı ilə məğlub etməklə Avro Liqanın qrup mərhələsinə vəsiqə əldə edib. “Qarabağ”ın güclü rəqiblərindən olan “Sent Etyen” 3 turu geridə qalan Fransa çempionatında 7 xalla ikinci sırada gedir. Klub tarixi ərzində 10 dəfə ölkə çempionu 3 dəfə ikinci yerin sahibi olub. Bununla yanaşı, “Sent Etyen” 6 dəfə Fransa kubokunu başı üzərinə qaldıra bilib. 


“Qarabağ”ın qrup mərhələsində sonuncu 3-cü rəqibi isə Ukraynanın ən köklü klublarından olan “Dnepr” klubudur. Klubun əsası 1918-ci ildə qoyulub. Ukrayna çempionatında əsasən ikinci və üçüncü yerlərlə kifayətlənən “Dnepr” Avro kuboklarda kifayət qədər yaxşı təsir bağışlayır. 1993-1994 –cü il mövsümündə “Dnepr” Avro Liqanın (UEFA kuboku)1/16 final mərhələsinə qədər irəliləyə bilib. Bundan sonra 2001-02,2003-04,2004-05,2005-2006-ci illər mövsümündə də Avro Liqada mübarizə aparıb  Son iki mövsümdə Avro Liqada uğurluu çıxış edən komanda 1/16 final mərhələsinə kimi irəliləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail