Hafiz Məmmədov "Şeffild Uensdey"i almır?

28.07.2014 | 5246 dəfə oxunub

İngiltərə "Şeffild Uensdey" klubunun azərbaycanlı iş adamı Hafiz Məmmədova satışı ilə əlaqədar işlərin nəzərdə tutulan vaxtda yekunlaşdırılması təxirə salınıb. Stadium.az xəbər verir ki, buna səbəb kimi Məmmədovun bütün diqqətini Azərbaycandakı digər biznes maraqları ilə bağlı vacib məsələlərə yönəltməsi göstərilib.

Rəsmi sayt vasitəsilə yayılan bəyanatda bildirilir ki, klubun idarə heyətinin sədri Milan Mandariçlə əsas səhmdar arasında iyulun 25-də görüş keçirilib. Görüş zamanı tərəflər "Şeffild Uensdey"in qısa müddətdə alqı-satqısına dair razılığa sadiq qaldıqlarını bildiriblər. Klub ümid edir ki, İngiltərə Futbol Liqasının bütün normativ tələblərinə cavab verən səviyyəyə çatacaqlar.

Mandariç deyib: "Mən pərişan halda olan tərəfdarlarımızı tam başa düşürəm. Hamımız istəyirik ki, məsələ tez yekunlaşsın. Çünki əla formadayıq və yeni mövsümün startını gözləyirik. Ləngiməyə baxmayaraq, baş məşqçimiz Stüart Qrey və yeni transferlərimizlə müqavilələrə sadiqik. Hafiz Məmmədovla görüşümüz çox konstruktiv keçdi. Yenə də hesab edirəm ki, o, böyük klub üçün gözəl xilaskardır və gələcək planları çox həyəcanvericidir".

Klub tərəfdarlarını avqustun 9-da keçiriləcək mövsümün ilk oyununda görüşməkdən məmnun olacağını əlavə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail