"Çixura"nın baş məşqçisi "Neftçi"ni "Bursaspor"dan zəif sayır

27.07.2014 | 4731 dəfə oxunub

“Mən səkkiz ildir ki, “Çixura”ya rəhbərlik edirəm. İndiyədək heç vaxt penaltilərdə bəxtimiz gətirməyib. Şadam ki, ilk dəfə bu uğura imza atdıq. Rəqibin sürətli hücumlarının qarşısını aldıq. Planlı şəkildə oyunu penaltilər seriyasına qədər uzatdıq”.

Stadium.az xəbər verir ki, bu sözləri Avroliqanın III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Çixura” klubunun baş məşqçisi Samson Pruidze  “Bursaspor”la oyun (penaltilər – 4:1) haqda danışarkən deyib. 
Gürcüstanlı mütəxəssis UEFA.com saytına açıqlamasında növbəti rəqibləri “Neftçi” haqda da fikirlərini bildirib: “Neftçi”ni daha yaxşı tanıyırıq. Bu rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Əlbəttə ki, “Neftçi” “Bursaspor” deyil. Ancaq bu komandada yaxşı yerli və legioner futbolçular var.  Biz sübut etdik ki, Avropanın orta səviyyəli komandalarına qarşı mübarizə apara bilərik. Əgər uğur bizim tərəfimizdə olsa, istənilən komanda üzərində qələbə haqda düşünə bilərik”. 


“Neftçi” – “Çixura” matçı iyulun 31-də, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail