Kaxaber Sxadadze: "İstefa verməyi düşünürəm"

25.07.2014 | 3597 dəfə oxunub

Avropa Liqasının II təsnifat mərhələsində İsveçin "Elfsborq" klubuna penaltilərdə məğlub olan (3:4) "İnter"in baş məşqçisi Kaxaber Sxadadze oyunla bağlı fikirlərini bölüşüb. Stadium.az xəbər verir ki, gürcüstanlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında istefa verməyi düşündüyünü bildirib:

"Çox məyusuq. Hər iki oyunda daha çox qol imkanları yaratdıq. 120 dəqiqə ərzində də şanslarımız çox oldu. Qırmızı vərəqə və qapımıza penaltinin təyin olunması oyunumuzu dağıtdı. Bilmirəm hakim Azərbaycana hansı fikirlərlə gəlmişdi. Artıq mən yorulmuşam. İstefa verməyi düşünürəm. Mənim istefamı qəbul etsələr, gedəcəm. Bununla belə, yaxşı komanda formalaşdırmışam. Mənim əvəzimə kim gəlsə, onun üçün rahat olacaq".
 
İkinci hissədə meydana buraxdığı Asif Məmmədovun sonradan əvəzlənməsinə münasibət bildirən Sxadadze bunu belə izah edib: "Asif real qol imkanını əldən verdiyi üçün psixoloji olaraq sarsılmışdı. Onun diqqətinin həmin epizodda qaldığını nəzərə alaraq Asifi əvəzlədim".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail