"Samsunspor" "Araz Naxçıvan"la oynayacaq

24.07.2014 | 3257 dəfə oxunub

Türkiyənin "Samsunspor" klubu Azərbaycan klubu ilə yoxlama oyunu keçirəcək. Stadium.az xəbər verir ki, bu barədə Samsun klubunun rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın cümə günü - iyulun - 25-də baş tutacağını yazan sayt komandanın adını açıqlamayıb. Amma "Samsunspor"un hansı klubumuzla qarşılaşacağı bəllidi. Belə ki, hazırda bu klubla birlikdə Ərzurumda təlim-məşq toplanışı keçən yeganə təmsilçimiz "Araz Naxçıvan"dı. Samsunlular məhzə Muxtar Respublika təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Samsunspor" klubu 1965-ci ildə yaradılıb. 49 yaşlı klub Super Liqada 30 mövsüm keçirib və sonuncu dəfə 2011/12 mövsümündə güclülər dəstəsini tərk edib. "Araz Naxçıvan"ın rəqibi 1-ci liqada ən çox çempion olan komandadı. Aşağı liqada 20 mövsüm keçirən komanda 6 dəfə çempionluğu bayram edib. "Samsunspor" ötən mövsüm PTT 1-ci liqada 5-ci pilləni tutaraq finala Super Liqaya vəsiqə uğrunda keçirilən play-off mərhələsinə çıxıb. Lakin finalda "Mersin İdman Yurdu"na yenilib. Erhan Altının başçılıq etdiyi komandanın heyətində Nigeriyadan 2, Bosniya və Hersoqovinadan 1 futbolçu çıxış edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail