Pracüdoçularımızın Bakıdakı beynəlxalq Qran-Pridəki çıxışı

27.05.2021 | 4437 dəfə oxunub

Azərbaycanın daha bir pracüdoçusu Bakıdakı beynəlxalq Qran-Pridə qızıl medal qazanıb. Stadium.Az xəbər verir ki, qadınların mübarizəsində 63 kq çəki dərəcəsində yarışan Xanım Hüseynova finalda rusiyalı Olqa Pozdnişyevanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

70 kq-da çıxış edən Zülfiyə Hüseynova isə finalda Alana Maldonadoya (Braziliya) məğlub olaraq, ikinci yerlə kifayətlənib.

Kişilərin yarışında isə Hüseyn Rəhimli (81) gümüş medal əldə edib. O, həlledici qarşılaşmada Davurxan Kəramətova (Özbəkistan) uduzub.

Bu gün Bakıda paracüdo üzrə beynəlxalq Qran-Priyə yekun vurulacaq. Yarışın son günündə Azərbaycanın 8 paracüdoçusu mübarizəyə qoşulub.

Kişilərin yarışında Hüseyn Rəhimli (81 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq), qadınlardan isə Xanım Hüseynova (63 kq), Zülfiyə Hüseynova (70 kq), Dürsədəf Kərimova və Xatirə İsmiyeva (hər ikisi +70kq) tatami üzərinə çıxıblar.

İdmançılardan üçü finala yüksəliblər. Rəhimli, Z.Hüseynova və X.Hüseynova finaladək bütün rəqiblərini məğlub edərək, qızıl medal görüşünə vəsiqə qazanıblar.

Hüseyn Rəhimli həlledici qarşılaşmada Davurxan Kəramətovla (Özbəkistan) üz-üzə gələcək. Zülfiyyə Hüseynovanın finaldakı rəqibi Alana Maldonado (Braziliya) olacaq. Xanım Hüseynova isə qızıl medal uğrunda Olqa Pozdnişyeva (Rusiya) ilə qüvvəsini sınayacaq.

Digər paracüdoçular isə məğlub olaraq, medal şansını itiriblər. İlk gündə Azərbaycanın 6 paracüdoçusu fəxri kürsüyə qalxıb. Onlardan ikisi qızıl, dördü isə bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail