Ayxan Abbasov: "Bu gün kuboku düşünməyə vaxtımız yoxdur" - MÜSAHİBƏ

12.04.2021 | 3639 dəfə oxunub

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun oldu. Belə də gözləyirdik. Qarşıda bizi çətin oyunlar gözləyir. Ruhdan düşmək olmaz. Bu gün qol epizodları yaratmağa nail olurduq. Fasiləyə bərabərliklə yollanmaq istəyirdik. Amma bu gün hakimin kobud səhvi oldu. İlk qolda Vüqar Mustafayevə qarşı kobudluq oldu, görmədilər. Hakimləri oyuna aqressiv hazırlayırlar. Xüsusən də, dördüncü hakimləri başa düşə bilmirəm. Baş məşqçiyə hərəkət etmək imkanı vermirlər. Bu gün də hakimlikdən narazı qaldıq. Avropaya baxıb öyrənsinlər. Dördüncü qolda da ofsayd var idi. Öz oyunçularımın da ötürmələrdə səhvləri oldu. Əli Qurbaninin zədələnməsi də planlarımızı pozdu. “Qarabağ” isə səhvlərdən istifadə edən komandadır.

- Bəzi oyunçularınızın zəif təsir bağışlaması yorğunluqla bağlı idi?

- Murad Xaçayevin zədəsi var idi, amma risk edib meydana buraxdıq. Sonradan axsadı. Vüqar Mustafayevin xəstəliyi var idi, bir məşq edib oyuna çıxmışdı. Məşqi az edən futbolçuların tempə ayaq uydurmamaları normaldır.

- Qarşıdakı matçlarda heyətdə dəyişikliklər planlaşdırırsınız?

- Bütün futbolçularıma güvənirəm. Rotasiyalarımız olacaq. Qarşımıza mütləq avrokuboklara çıxmalıyıq məqsədi qoyulmayıb. Məqsədimiz mübarizə aparmaqdır. Bu periodda zədələnməmək önəmlidir. Bu üzdən dəyişikliklər etməyə məcburuq.

- “Sumqayıt” evdə “Qarabağ”a qarşı ən yaxşı oynayan komandalardan biridir. Bəs səfərdə bunu davam etdirməmək nə ilə bağlıdır?

- “Qarabağ” bu stadionda yaxşı çıxış edir. Statistikaya fikir verməmişəm. “Tofiq Bəhramov”da bərabərə qaldığımız vaxtlar olub. “Qarabağ” və “Neftçi”nin səviyyəsi göz qabağındadır.

- “Qarabağ”la ölkə kubokunda da üz-üzə gələcəksiniz. Bu gün həmin oyunlar üçün hansı qeydləri götürmüsünüz?

- Biz bu oyuna çox detallı hazırlaşmışdıq. “Qarabağ”, bəlkə də, çempionatın ən yaxşı komandasıdır. Həm müdafiədə, həm də hücumda pressinq edir. Kubok oyunu tam başqa olur. “Zirə” və “Qəbələ” ilə çox çətin iki çempionat oyunumuz da var. Bu gün kuboku düşünməyə vaxtımız yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail