Cavid Hüseynov: "Qəbələ"də az maaş alıram" - MÜSAHİBƏ
"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun "Report"a müsahibəsi:
- Premyer Liqanın ilk 3 turunda qələbə qazana bilmədiniz. Bunun səbəbini nədə görürsünüz?
- Komandanın yaxşı oyun sərgilədiyini düşünürəm. Nəticələri yox oyunu götürsək, hər üç matçda yaxşı təsir bağışlamışıq. Qələbə qazandığımız oyunlar da olacaq.
- İlk turda cəza səbəbindən oynamadınız. Son iki qarşılaşmada isə baş məşqçi sizə ikinci hissədə şans verdi. Yenidən "Qəbələ" forması ilə matça çıxmaq necə hissdir?
- Yenidən bu komandanın formasını geyindiyim üçün çox şadam. Həqiqətən çox gözəl hisslərdir. Mənim ikinci hissədə oyuna daxil olmağım isə baş məşqçinin qərarıdır. Özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.
- "Qəbələ"dən "Zirə"yə keçməmişdən əvvəl komandanın kapitanı olmusunuz. Yenidən kapitan olmaq istəyiniz varmı?
- Kluba qayıdanda istər Anar Nəzirov, istərsə də Asif Məmmədov israrla kapitanlıq sarğısını mənim taxmağımı təklif etdilər. Lakin mən buna razı olmadım. Hər iki futbolçuya öz təşəkkürümü bildirirəm.
- Niyə razı olmadınız?
- Kapitanlıq sarğısını taxmamaq üçün şəxsi səbəblərim var, bunu açıqlamaq istəmirəm.
- Yəqin ki, "Qəbələ"dəkı məvacibiniz "Zirə"dəkindən azdır. Karyeranızı doğma klubunuzda bitirmək fikriniz varmı?
- Əlbəttə burada nisbətən az maaş alıram. Karyeramı da "Qəbələ"də bitirmək niyyətindəyəm, lakin bu, məndən asılı olan bir şey deyil.
- Artıq 32 yaşınız var, daha neçə il futbol oynamaq barədə düşünürsünüz?
- Hələ ki bu barədə dəqiq bir söz deyə bilməyəcəyəm. Sağlamlığım icazə versə, hələ 2-3 il futbol oynamağı planlaşdırıram.
- Premyer Liqanın IV turunda səfərdə "Neftçi" ilə qarşılaşacaqsınız. Bu matçda hansı nəticəyə ümid edə bilərsiniz?
- Rəqibdə əhval-ruhiyyə yüksək səviyyədədir. Çünki ötən turda "Qarabağ"ı məğlub ediblər. Komandamız hər oyuna necə hazırlaşıbsa, buna da eyni qaydada hazırlaşır. Meydana yaxşı nəticə qazanmaq üçün çıxacağıq və bunun üçün əlimizdən gələni edəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |