Yunis Hüseynov: "Alınsa, bir həftəyə gələcək" - MÜSAHİBƏ
“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qəbələ” ilə matçdan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun getdi. İlk hissədən narazı qaldım. Ancaq ikinci hissədə dönüş yaratdıq. “Bu gün qələbə qazanmaq istəyirdik, qol imkanlarımız da oldu. "Qəbələ" bizə qarşı çox yaxşı oynadı. Qələbə dalınca gəlmişdik, ancaq xal itirdik. Qarşıda ağır oyunlarımız var”.
- Say üstünlüyünə malik olsanız da, bunu qola çevirə bilmədiniz. Nə çatmadı?
- Qol imkanlarımız oldu. Heç vaxt arzulamamışam ki, 10 nəfərlə qalan komandaya qarşı oynayım. Bu zaman özümdə narahatlıq olur. Heç bir mane yox idi. Sadəcə, top qapıya girmirdi. İlk hissədə "Qəbələ"nin qol imkanları bizdən çox oldu.
- Con Kamaranın əvəzlənməsi nə ilə bağlı idi?
- Taktiki gediş oldu. Hücumameyilli oyunçu buraxdıq. Yeni transferimizə imkan yaratdıq. Kamaraya 2 gün məşq proseslərində son 15 dəqiqədə istirahət verirdik. Çünki ayağında ağrılar var idi. Bu gün elə bir şeylə yadda qalmadı.
- Nədənsə bir əvəzləmə etdiniz...
- Ehtiyatdakıların hamısı müdafiəçilər idi. Yalnız bir gənc hücumçu vardı. Xəzər Mahmudov özünü itirə bilərdi. Oyunumuz da pis getmirdi. Bu zaman niyə əvəzləmə edəsən?
- Cavid İmamverdiyev bu qısa zamanda niyə gəlmişdi, niyə getdi?
- Cavidi ilk dəfə əsas heyətdə oynatmışam. Bu, "Karvan"da olub, əvəzedicidən gətirmişdim. Potensiallı futbolçudur, ona oynamaq lazım idi. Ancaq bizə gələnə qədər zədələri oldu. Özü xahiş etdi ki, gedim. Buna pis baxmadım, yollarımızı ayırdıq.
- Son 4 oyunda 1 qol...
- Bir hücumçu almaq fikrimiz var. Hazırda danışıqlar gedir. Alınsa, bir həftəyə gələcək. Ancaq onu da nəzərə alaq ki, qol da buraxmamışıq. Bəli, futbolun gözəlliyi qoldur. Ancaq göz dəyməsin, qol da buraxmırıq. Müdafiə xətti qapıçıdan başlayır. Qol vurmamışıqsa, bu, pisdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |