Rəşad Sadiqov: "Bu, Azərbaycan futbolu üçün pik nöqtədir" - MÜSAHİBƏ
"Keşlə"nin futbolçusu Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının 13-cü turunda evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Uzun müddət sonra oyuna çıxdınız və qalib gəldiniz. Matç necə keçdi? Sezarsız həmişə "Keşlə" üçün çətin olur. Yəqin ki, bu gün də belə oldu.
- Düzünü deyim, çempionatda "Neftçi" və "Qarabağ" heyəti ilə seçilir. Digər komandaların hamısı başabaş oynayır. Sadəcə, kim matça düzgün hazırlaşır, o da qələbə qazanır. Sezarsız çətinlik çəkmişik, elə oyunlar olub Sezarla da əziyyət çəkmişik. Bunun fərqi yoxdur. Görüşdən əvvəl Tərlan Əhmədov demişdi ki, istəsəniz yaxşı oynayın, istəniz pis, amma bu qarşılaşmada qələbə qazanın. 3 xal həqiqətən də çox vacib idi. Elə matçlar olur ki, yaxşı çıxış etmirsən, amma qalib gəlirsən. Elə qarşılaşmalar da olur ki, yaxşı oynayırsan, amma uda bilmirsən.
- Futbolçu oynamadıqca get-gedə heç oynamaq istəmir. Meydana çıxmaq istəyirdiniz?
- İstəyirdim, həvəs var idi. Mənim üçün fərqi yoxdur. Özünüz də gördünüz ki, heç bir isinmə hərəkəti etmək üçün vaxt olmadı, gözlənilmədən meydana daxil oldum. Amma istər-istəməz ağırdır. Neçə vaxtdır ki, oynamıram. Hərdən lazım olanda, futbolçu çatışmayanda meydana çıxıram.
- İsinmə hərəkətləri etmədən meydana çıxdınız, amma oynadınız. Bu, çempionatın səviyyəsinin çox aşağı düşməsindən irəli gəlirmi?
- Açığı, əvvəlki rəqabət yoxdur. Əvvəl elə hücumçular var idi ki, gözündən yayınırdı, çata bilmirdin. İndi isə oynamaq bir az rahatdır. Çox uzağa getməyək, "Qarabağ"da Dino Ndlovu olanda çətinlik çəkirdik. Kanales, Mendi də onun kimi. Hər komandanın belə bir hücumçuları olurdu. İndi elə oyunçular yoxdur. Həm də çempionatda 8 komanda var. İstər-istəməz Premyer Liqanın səviyyəsinin düşməsinə səbəb olur. Bir komanda ilə 4 dəfə oynayırsan. Kubokda rəqib olsa, 6 dəfə qarşılaşırsan. Adam bir yeməyi 2 dəfə yeyən kimi iyrənir. 6 dəfə yeyəndə həmin şey olur.
- Turnir cədvəlində ikinci pillədəsiniz. Ümumi fikir belədir ki, "Keşlə" bu heyətlə davam etsə, çox çətin olacaq. Deyilənə görə, qışda transfer ediləcək.
- Heyətimiz güclü olsa belə, oynamaq hamıya çətindir. Hər komanda sona kimi mübarizə aparır. Rəqabət ağır olacaq. Yəqin ki, komamdamız güclənər, heyətimiz daha da yaxşılaşar. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. 2-ci və ya 3-cü yer tutmağımızın fərqi yoxdur. Məqsəd qoyulmayıb ki, sadəcə 2-ci yerə çıxaq. Məşqçi, rəhbərlik, futbolçular da istəyir ki, Avroliqaya vəsiqə əldə edək. Bunun üçün də çalışacağıq.
- Qışda yeni oyunçular gəlsə, heyət güclənsə, karyeranızı birdəfəlik bitirmək ehtimalı yaranacaq?
- Fərqi yoxdur. Kim gəlir, gəlsin. Özünüz də gördünüz ki, bu gün müdafiəçilərdən birinin 4 sarı vərəqəsi vardı. ikisi oynayırdı, biri də zədələndi. Belə görüşlər çox olacaq. Çempionat elədir ki, zədəli, cəzalı futbolçular olur.
- Yəni, hələ komandaya lazımsınız...
- Lazım oldum ki, oynadım də. Belə olmasaydı, meydançaya çıxmayacaqdım. Çünki zədələr, cəzalar qaçılmazdır. Komandada ən azı 22 - hər mövqedə 2 futbolçu olmalıdır.
- "Qarabağ"da uzun illər çıxış etmisiniz. Hamı deyir ki, komanda bu mövsüm Avroliqada ən münasib qrupda düşüb. Sizcə, niyə növbəti mərhələyə yüksələ bilmədilər?
- Gəlin belə danışaq, "Neftçi" qrup mərhələsinə düşməyənə qədər hamı arzulayırdı ki, Avropa Liqasının qrupunda oynayaq, pley-offa yüksələk. Bu fikirlərlə yavaş-yavaş böyüyürdük. Deyirlər, iştah dişin altındadır. Ondan sonra hamı istəyir ki, qrup mərhələsinə düşsün. Onsuz da bilirik ki, qrupda rəqiblər güclü olur. Nə olacaqsa, olacaq. Deyərdim ki, bu, Azərbaycan futbolu üçün pik nöqtədir. Çünki Avroliqanın qrupunu bəlkə, 50 illərlə hamı arzulayıb. Qrup mərhələsinə düşəndən sonra hamı "Qarabağ"dan çox şey istəməyə başladı. Mənə elə gəlir ki, bu, düzgün yanaşma deyil. Qrup mərhələsində oynamaq özü də bir nailiyyətdir. Mütləq növbəti mərhələyə çıxmalısan deyə tələb etmək düzgün deyil.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |