Qara Qarayev: "Danışılacaq heç nə yoxdur" - MÜSAHİBƏ
Milli komandamızın yarımmüdafiəçisi Qara Qarayev Millətlər Liqasının qrup mərhələsinin VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun əvvəlində buraxdığımız qol rəqibə daha çox güc verdi. Qələbədən başqa heç-heçə və bütün məğlubiyyətlər bizi növbəti mərhələdən məhrum edirdi. İkinci dəqiqədə qol buraxmağımız bütün planlarımızı alt-üst etdi. Rəqib daha motivasiyalı oynamağa başladı.
- Komanda rəqibin erkən qoluna heç bir reaksiya vermədi. Demək olar ki, ilk hissədə qol epizodları da yarada bilmirdi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Həmin o qoldan sonra Kosovo daha çox qapanmağa başladı. Hesabda da irəlidə idi. Azarkeşlərin önündə daha motivasiyalı oyun sərgiləməyə başladılar. İlk buraxdığımız qol rəqibin daha yaxşı oynamasına gətirib çıxartdı. Biz də konsentrasiyamızı itirdik. Özümüzə gələndə isə artıq çox gec idi.
- Rəqibin bəzi futbolçuları aparıcı liqalarda çıxış edir. Bəlkə onlar individual olaraq bizdən güclüdür?
- Danışılacaq heç nə yoxdur. Həqiqətən hər şey göz qabağında idi. Kosovonun oyunçularının xaricdə yaxşı komandada oynadıqları hiss olunurdu. Güclü oyunçulara malikdirlər. Bəlkə də qapımızda erkən qol görməsəydik, fərqli ola bilərdi.
- Kosovolu azarkeşlər himnimizi fitə basdılar. Heç bir stadionunda Azərbaycan himni bu qədər fitə basılmayıb. Bu barədə nə deyə bilərsiniz?
- Bu yaxşı hal deyil. Bakıya gələndə bizim xalqımız onları normal qarşılayıb. Biz siyasi məsələrdən asılı olmayaraq kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz.
- Ondan sonra gözləyirdiniz ki, komanda daha aqressiv olacaq? Bu futbolçuları qıcıqlandırdı?
- Bəli. Qıcıqlandırdı. Yenə də təkrar edirəm. Qolu çox tez buraxdıq. Biz daha səbrli və sakit oynamaq niyyətində idik. Oyunun sonlarına yaxın şanslar tapıb, onlardan yararlanmaq istəyirdik. Buraxdığımız qoldan sonra sanki hər şeyi itirdik. Heç-heçə də rəqibə sərf edirdi.
- Sizin fikrinizcə yığmanın 4 qol buraxmağı çox deyil?
- Oyunun axırlarında 0:1 və ya 0:4 hesablı məğlubiyyətin heç bir fərqi yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |