Tərlan Əhmədov: "Heç bir transferdən xəbərim yoxdur"
Azərbaycan Premyer Liqasının 2017-2018 mövsümünün sonuncu – 28-ci turunun “Kəpəz”lə oyunundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:
- Bugünkü oyunda 3-cü yeri tutaraq bürünc medalçı olmağımıza görə komandamı təbrik edirəm. Mən "Neftçi"yə baş məşqçi gələndə 1 xalı vardı. Çempionatı 46 xalla bitirdik. Mehriban ailə yaratdıq və bunun bəhrəsini gördük. Bu işdə bizə dəstək olan “Neftçi” ailəsini, fanatları, klubun əvvəlki rəhbərliyini, keçmiş prezident Orxan Hüseynzadəni, sabiq baş məşqçi Elxan Abdullayevi, bütün texniki heyəti, xadimədən tutmuş hamını təbrik edirəm. Bu işdə hamının əməyi vardı. Yaratdığımız mehriban ailənin sayəsində bürünc medal qazandıq. Başda fanatlar olmaqla, hamıya təşəkkür edirəm ki, ilboyu çətin günlərdə də bizə dəstək oldular. Qarşımıza məqsəd qoyulmasa da, avrokuboklara çıxdıq.
- İkinci hissədə meydana çıxan Qatonu əvəzləməyiniz nəylə bağlı idi?
- Məcburi əvəzləmə oldu. Çünki müdafiəçimiz Kiril Petrov qırmızı vərəqə aldı. Qatonu əvəzlədiyim üçün yanıma çağırıb, bir neçə dəfə üzrxahlıq etdim.
- “Neftçi”dəki gələcək taleyinizi necə görürsünüz? Yeni müqavilə təklifi olub?
- Mənə heç bir təklif yoxdu. Mayın 31-də müqaviləm bitir, görək nə olacaq.
- Futbolçulara oruc tutmağa icazə vermişdiniz?
- Hər kəs seçimində azaddır. Heç kimə qarşı da çıxa bilmərəm, nəyisə məcbur da edə.
- Araz Abdullayevin adı “Neftçi” ilə hallanır. Siz də klubun yetirmələrini geri qaytarmaqda maraqlısınız...
- Nəinki Araz, heç bir transferdən xəbərim yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |