Rəşad Sadıqov: "Çatışmayan çox şey var" - MÜSAHİBƏ
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Gənclər Liqasının qrup mərhələsində "Roma" ilə keçirdikləri son tur matçından (0:3) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Son oyuna çıxdıq. Qrupdan çıxmaq şansımız yox idi. Yaxşı oyun sərgiləyərək, qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik. Nə isə alındı, nə isə yox. Nəticədə qapımıza vurulan 3 qolla barışmalı olduq. Amma buradan daha yaxşı nəticə ilə ayrılmaq istərdik.
Bu, aydın məsələdir və hamımız bilirik. Ancaq hər bir oyunda qırılma nöqtəsi oldu. Oturub bütün matçları analiz eləsək, görərik ki, pis keçməyən oyunun müəyyən anında qopurduq və bu, bizə baha başa gəlirdi. Və ya hansısa standart vəziyyətdən qol buraxdıq. Düşünürəm ki, bir az daha yaxşı nəticə göstərə bilərdik. Uşaqların azca təcrübəsi olsaydı, heyətlə daha çox işləmək imkanımız olsaydı nəsə göstərə bilərdik. Heyət son anda yığıldı və 8-9 nəfər yeni oyunçular var.
- Qış fasiləsində bu heyətdən əsas komandaya futbolçu cəlb oluna bilərmi?
- Bu, artıq baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardır. Amma düşünürəm ki, 2-3 futbolçumuz öz üzərində daha yaxşı işləsə, oyunlarına daha çox diqqət yetirsə, gələcəkdə böyük futbol oynaya bilər.
- Komandanın 24 nömrəli futbolçusu Yaroslav Deda haqqında nə deyə bilərsən?
- Qurban Qurbanov bu futbolçu ilə maraqlanıb. Mən də öz fikirlərimi söyləmişəm. Özü də onun oyunlarını izləyib. Əsas komanda ilə məşqlər də edir. Öz üzərində daha da artıq çalışmalıdır.
- Baş məşqçi kimi bu komandanın gələcəyinə ümid edirsinizmi? Bu komanda bundan sonra nə üçün mübarizə aparacaq.
- Hər bir oyunçu özü üçün mübarizə aparmalıdır. Futbolçuların stimulu gələcəkdə böyük futbol oynamaqdır. Hər bir futbolçunun hədəfi olmalıdır. Əsas komandalarda çıxış etmək istəməlidirlər. Milli haqda düşünməlidirlər. Məqsədləri bu olmalıdır. Özləri gələcək karyeraların qurmalıdır. Daha çox vaxt ayırmaqla, daha çox çalışmaqla. Peşekarlıqların artırmalıdırlar. Çatışmayan çox şey var. Bu gün uşaqlarnan "Atletiko" və "Çelsi" kimi komandaların bazasına gedirik. Onlar bazasına çatanda görürük ki, 1:0 geridəyik. Orda çoxlu meydançalar var. Bizim futbolçular Azərbaycan çempionatında yaxşı ot örtüyü olan meydança görmürlər. Düşünürəm ki, bunlar bu günün problemləri deyil. Ümumi götürsək, qlobal dəyişikliklər etməliyik. Fikirləşirəm ki, getdikcə geriləmə baş verir. Bir ilə yaxındır akademiyalardayam. 19 yaşlılarla 17 yaşlılara baxıram. 21 yaşlılar göz qabağındadır. Hər il geriyə doğru gedirik. Bu akademiyalar ilə bağlıdır. Akademiyalarda daha yaxşı iş qurulmalıdır. Futbolçular akademiyalarda yetişməlidir. Məhəllədə futbol öyrənə bilməzlər. Bəzi detallara akademiyalarda fikir verilmir. Akademiyaları çox izləyirəm. Daha detallı işləmək lazımdır. Çox vaxt ayırmaq lazımdır. Ondan sonra milli səviyyəsində çıxış etsinlər. Elə mövqelər var ki, nəsil kəsilir. Özünüz də görürsünüz ki, Azərbaycanda stoper mövqeyində heç kim yetişmir. Ya da boyları çox balacalaşır. Olanlar da, ya ağırdı, ya topla rəftarı zəifdi, ya qısadı və s. Bütün bunlara fikir vermək lazımdı, yoxsa getdikcə futbolumuz uçruma doğru yuvarlanır.
- Bəs öz perspektivini harda görürsən? Bu komanda ilə davam etmək istəyirsən, yoxsa milli komandaya gedəcəksən?
- Mən onsuz da elə bir adamam ki, Qurban müəllim kimi ağsaqqalım, böyüyüm, dostum var. Harda məsləhət bilsələr, orda da xidmət etməyə hazıram. Bu gün "Qarabağ”ın U-19-nu məsləhət bilib, burdayam. Bu komandanı götürəndə hamı deyirdi ki, nəyinə lazımdır? Amma mənim üçün əla təcrübə oldu. Düzdü oyunçu karyerası ilə bağlı çətinliklər oldu, amma məsləhət belədisə, burdayam. Desələr, U-17-yə get, ora gedəcəm, hara desələr, orda faydalı olmağa çalışacam.
- U-19-un oyun sistemi əsas komanda ilə üst-üstə düşür. Sadəcə fərdi ustalıqda axsamalar var idi. Bəs daha aşağı yaş qruplarında da bu sistem tətbiq olunurmu?
- Aşağı yaşlarda daha çox dayanmırıq bunun üzərində. Oralarda əsasən sərbəstlik veririk ki, uşaqlar öyrənsinlər. U-19 və əvəzedicilərdə isə vahid sistemi oturtmağa çalışırıq. Ancaq bəzi məşqçilərimiz Qurban Qurbanovu nümunə götürürlər, mənim üçün şəxsən ideal odur. Çalışıram ki, öz məşqçiliyimi də onun yolu ilə inkişaf etdirim, lazım olanda məsləhətlər alıram. Sistemdə çoxlu dəyişikliklər elədim. Bu həm mənim üçün, həm də futbolçular üçün xeyirdi ki, müxtəlif variantlarda oynamağı öyrənsinlər. Avropada hər komanda 2-3 sistem üzərində işləyir. Mən də burda çalışdım ki, bildiyim nələrisə uşaqlara aşılaya bilim. Gərək bütün klubları çalışsınlar ki, xaricdə yoldaşlıq oyunları keçirsinlər, uşaqlar xarici şəraiti görsünlər, alışsınlar. Biz istəyirik ki, birdən-birə çıxaq Olimpiya Stadionunda “Roma”nı udaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |