Belhanda: "Kumirim Həzrəti Məhəmməddir" - MÜSAHİBƏ
"Qalatasaray"ın yarımmüdafiəçisi Yunes Belhanda klubun rəsmi nəşrinə müsahibə verib. Stadium.Az onun müsahibəsini təqdim edir.
- Səni hücumçuların arxasına ilk dəfə Jan-Kristof Qleyze oynadıb...
- Mənim üçün bir məşqçidən daha artığı idi. Futbolçu kimi inkişafımda onun böyük payı var. Əvvəl dayaq yarımmüdafiəçisi kimi oynamağa başladım. Amma texnikam bu mövqe üçün tələb olunandan çox idi. Forma nömrələri ilə ifadə etsəm, öncə 5 nömrə oynadım. Sonra 6, daha sonra 10 oldum. Qleyze 7 yaşımdan etibarən məşqçim idi. "Montpelie" klubuna keçəndən sonra tam olaraq 10 nömrəli futbolçu kimi oynamağa başladım.
- Daha öncə Fransa, Ukrayna və Almaniya çempionatında forma geyinmisən. Adaptasiya problemini necə geridə qoyursan?
- Komandaya uyğunlaşmaq üçün uzun vaxta ehtiyacım olmur. Getdiyim klublarda xarakterimə görə problem yaşamıram.
- Bir neçə il öncə "Qalatasaray"a keçəcəyin ağlına gələrdi?
- Türkiyədən təklif almaq mənim üçün yeni bir şey deyil. Bura futbol ölkəsidir. "Qalatasaray" Avropada sözünü deyən, müntəzəm çempion olan komandadır. Bu klubda hər dönəm böyük futbolçular oynayıb. "Qalatasaray"dan təklif alanda heç düşünmədən qəbul etdim.
- "Qalatasaray" bu mövsüm tam yenilənib. Sən də yeni sistemdə əsas fiqurlardan biri hesab edilirsən. Böyük gözləntilər üzərində təzyiq yaradır?
- Doğrusu, media və azarkeşlər üzərimdə təzyiq yaratmır. Daha yaxşı oynamaq həvəsilə özüm üzərimdə təzyiq qururam.
- Komandanın potensialı haqqında düşüncələrin nədir?
- Yeni bir komanda qurulanda mütləq bəzi çətinliklər ortaya çıxır. İndi kollektivdə mübarizə ruhu müşahidə edirəm. Taktiki baxımdan hazırda bəzi çatışmazlıqlar var. Amma bunlar birlikdə oynadıqca aradan qalxacaq. Məncə, meydanda futbolçuların bir-biri üçün mübarizə aparması çox önəmlidir.
- Türkiyə Super Liqasında çıxdığın ilk oyunda qol vurdun və bunu salto ilə qeyd etdin..
- Uşaqlıqda dostlarımla karateyə gedirdim. Ceki Çan və Vrüs Linin hərəkətlərini etməyə çalışırdıq. Tədricən alındı. Dostlarım bunu qol vurandan sonra da edə biləcəyimi dedilər. 2009-cu ildə "Marsel"ə qarşı oyunda fərqləndim və ilk dəfə saltonu onda vurdum.
- Karyeranın ən yaxşı oyunu hansıdır?
- 2012-ci ildə "Marsel"in qapısından 2 qol keçirdiyim oyun vardı. Eyni mövsümdə PSJ ilə görüşdə fərqlənmişdim. Bu iki oyunu qeyd edərdim.
- Həyatında qəhramanın kimdir?
- Həzrəti Məhəmməd.
- Oğlun Məhəmmədin də futbolçu olmasını istərdin?
- Atam mənə necə kömək etdisə, mən də oğluma o cür dəstək verəcəm. Hələ ki istedadını nəzərdən keçirmək tezdir. Əslində bir uşağın futbolçu olması üçün ağlı güclü olmalıdır. Məsələn, kiçik yaşlarımda məndən min qat daha yaxşı futbolçularla oynamışam. Amma onların başı futbolçu olmağa hazır deyildi. Mənsə həmişə özümü buna hazırladım. Psixoloji cəhətdən futbolçu olmağa hazır deyilsənsə, alınması çətindir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |