Maksim Medvedev: "Qol vursaq da, buraxsaq da, bir komandayıq və həmişə də belə olacağıq" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olacaq. Stadium.Az xəbər verir ki, matçdan öncə Ağdam klubunun müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:
- Qarşıdan “Qəbələ” ilə çətin oyun gəlir...
- Bu gündən etibarən məşqlərə başlamışıq. Futbolçularımızın əhval-ruhiyyəsi yüksəkdir. Zədəli oyunçularımız olsa da, düşünürəm ki, heyətdə yer alan futbolçularla “Qəbələ” səfərindən xal qazanmaq olar. Oyundan maksimum nəticə əldə etmək istəyirik. Çünki yüksək pillədə qalmaq istəyiriksə, ən yaxın rəqibimiz olan “Qəbələ”dən xal almalıyıq.
- “Qəbələ” ilə “Qarabağ”ın oyunu mərkəzi oyundu və çempionatda çıxış edən ən güclü iki komanda üz-üzə gələcək. Amma bu matçdan öncə hər kəs hakimlik barədə danışır. Bu, sizdə təəssüf hissi doğurmur ki?
- Məncə, futbolçularımız bu barədə fikirləşmir. Hətta mən də indi bu barədə eşidirəm. Birinci və ikinci yerdə olan komandalar qarşılaşacaq. Meydanda qızğın mübarizə gedəcək. İnanıram ki, nə bizdə, nə də “Qəbələ” futbolçularında hakimliklə bağlı düşüncə yoxdu. Ümid edirəm ki, azarkeşlər stadionu dolduracaq. Çox gözəl bir oyun olacağına inanıram.
- “Qəbələ” ilə oyunu çempionluq yolunda həlledici hesab etmək olarmı?
- Məncə, yox. Çünki qarşıdan hələ çox oyunlarımız var. Hər il, demək olar ki, eyni vəziyyətlə rastlaşırıq. Hər şey dəyişə bilər. Bu gün, ola bilər ki, “Qarabağ” liderdir, amma bu o demək deyil ki, sonadək belə olacaq. Birinci pilləyə yüksəlmək asandı, amma orada qalmaq çox çətindir. Çünki hər tərəfdən təzyiqlər olur, həm klub tərəfdən, həm də media tərəfdən.
- Rəşad Sadıqov, Ağabala Ramazanov və Dani Kintana oynamayacaq. Əfran İsmayılovun da oynayıb-oynamayacağı sual altındadır. Belə bir şəraitdə “Qəbələ” ilə oyunda müdafiənin üzərinə daha çox yük düşəcək. Buna hazırsınızmı?
- Bizim üçün heç bir problem yoxdur. Qol vursaq da, buraxsaq da, bir komandayıq və həmişə də belə olacağıq. “Qarabağ” bir ailədir. Sözün açığı, istəməzdik ki, həmin futbolçular bizimlə oynamasın. Amma futbol elə bir oyundur ki, istər-istəməz kimsə sıradan çıxır. Bu, tək bizə aid deyil “Qəbələ”də də ola bilsin ki, ciddi itkilər var. Komandalar təkcə 11 nəfər futbolçudan ibarət deyil. İstənilən zədələnmiş futbolçunu əvəz etmək mümkündür.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |