Tahir Gözəl: "Sərxoş olduq" - MÜSAHİBƏ
"Qarabağ"ın prezidenti Tahir Gözəl "Viktoriya" ilə 1:1 hesablı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
Şans bizim tərəfimizdə idi. Ancaq ən azı 3 dəfə
real qol şansını qaçırdıq. Rəqib isə cəmi bir qol vəziyyəti yaratdı və bundan
istifadə etdi. Çox istəyərdik ki, bu gün bir tarix yazaq. Həm cənab
prezidentimizi, həm də xalqımızı sevindirək və bir tarixə şahidlik edək.
- Bu oyun
göstərdimi ki, komandaya hücumçu lazımdı?
- Mən hər dəfə demişəm. Bu iş baş məşqçimizin
ixtiyarındadı. Bəyəndiyi futbolçu olsa alarıq. Amma bu gün üstünlük tam olaraq “Qarabağ”ın
tərəfində idi. “Qarabağ” bu oyunu udmalı idi. Hər şey bizim tərəfimizdə idi.
Ancaq mübarizə davam edir. Bizi indi Avropa Liqası gözləyir. Bu standartlarda
oynasaq, istəyimizə çatacağıq.
-
Qaçırılan qol şanslarından sonra heç düşündünümü ki, birdən qol buraxar
komanda?
- Həmişə bir təhlükə hiss edirdim. Bu komanda
da sıradan bir rəqib deyil. Çexiya çempionu olan komanda zəif ola bilməz. Buna
görə də, əvvəldən sevinmək olmaz.
- “Futbol ədalətsiz
oyundur” demək olar?
- Gəlin belə deyək. Futbolda hər zaman istədiyini
ala bilmirsən.
- Baş məşqçinin
dəyişikliklərindən sonra komanda qol buraxdı...
- Artıq olan olub. Bundan sonra hər kəsi
mühakimə etmək asandı.
- 75-ci dəqiqədən
sonra Mişeli əvəzləyərdiz? Təbii ki, məşqçi olsaydız...
- Bunu mən deyə bilmərəm. Mənim işim bu deyil,
heç cəhd də etmərəm.
- Artıq
görünür ki, bu komanda hazırkı gücüylə Çempionlar Liqasında oynayacaq gücdə
deyil. Bəs komanda nə vaxt güclənəcək ki, ÇL-da da oynaya biləcək duruma gəlsin?
- Mən “Viktoriya” rəhbərliyi ilə danışanda
onlar mənə dedilər ki, çox da böyük klub deyillər. Ancaq hər oyunlarında
stadiona ən azı 12 min azarkeşləri gəlir. Oyunçu məsələsi ayrı. Biz çempionat
oyunlarında stadiona 3-5 min azarkeş yığa bilmirik.
- “Astana”
ÇL-da qrupa düşdü və 12 miyon avro qazandı...
- Bizə heç kim zəmanət verə bilməz ki, böyük
pullarla çox güclü futbolçular alsaq, ÇL-da qrupa düşəcəyik. Azarkeşlərimiz gəlsin
stadiona. Stadionumuzun 5 min azarkeş tutumu var, gəlsinlər və doldursunlar.
- Bu oyuna
azarkeşləri stadiona səslədiz və gəldilər.Bəlkə hər oyundan əvvəl bunu edəsiz?
- Siz hesab edirsiz ki, çempionat oyunlarına
da gələrlər? Onda edərik. Mən bu gün bütün xalqıma təşəkkür edirəm. Möhtəşəm dəstək
var idi. Onların dəstəyi super idi. Lap sərxoş olduq. Oyunumuz çox gözəl idi.
Biz komandaya ürək verdik. Mən inanıram ki, komandam özünə gələcək və Avropa
Liqasında qrupa düşəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |