Qurban Qurbanov: "Bu məsələ məni narahat edir" - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Qurban Qurbanovun müsahibəsini təqdime dirik:
- Başlayaq İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunan qərardan. Necə düşünürsüz, 8 komandalı çempionatın futbolumuza nə kimi xeyri və ya ziyanı dəyəcək?
- Təsiri olub-olmayacağını bu gün deyə bilmərəm. Mən də öz fikrimi bildirmişdim ki, 10 komandanın olmasının tərəfdarıyam. Amma bizdən asılı olmayan amillər var və ona müdaxilə edə bilmərik. Bilirsiz, maliyyə cəhətdən klublar çətinliklə üzləşiblər. Lisenziyalaşdırma baxımından problemlər çoxdu. Düşünürəm ki, lisenziyalaşdırma problemini yoluna qoymaq olar. Amma maliyyə problemi varsa, o klubun lisenziya olsa belə, 1-2 aydan sonra yeni həmin problemlə üzləşəcək. Buna görə də, belə bir qərar qəbul olundu.
- Son qərarın sizin planlarınıza nə kimi təsiri olacaq?
- Mənim planlarıma, təbii ki, təsiri olacaq. Nə qədər çox oyun keçirsə, futbolçunun bir o qədər xeyrinədi. Eyni komandalarla tez-tez qarşılaşmağa hələ 10 komandalı çempionatda da öyrəşmişdik. Amma matç sayı olaraq, il ərzində birdən-birə 8 oyun azalacaq. Bunun təsiri olacaq.
- Legioner rüsumu 5 min manata endirildi. Bununla bağlı fikriniz necədi?
- Bu qərar bir daha göstərir ki, klubların, həqiqətən, maliyyə sıxıntısı var. Bizə də faydalı olacaq. Qanun hamı üçün qanundu.
- Bu qərar “Qarabağ”a daha çox legionerin gətirilməsinə şərait yarada bilərmi?
- Yox, onun təsiri yoxdu. Hər bir halda, komandaya faydalı olacaq oyunçu gətirməyə çalışırıq. Əgər 100 min manata görə işimizi quracağıqsa, onda işə başlamağa da dəymir. Çünki bizim çempionatda 5-6 legionerin rüsumunda hardasa 100 min fərq edəcək.
- Legioner rüsumunun azaldılması klublarımızdakı yerli futbolçuların gələcək taleyinə təsir etməyəcək?
- Büdcəsi az olan klublara bu qərarın yüz faiz köməyi olacaq. Amma mən futbolçunun oyununun yaxşılaşması, inkişafını belə şeylərlə yan-yana qoymaq istəməzdim. Peşəkar futbolçu üçün legioner rüsumunun azaldılması və ya limitin dəyişdirilməsinin fərqi yoxdu. Futbolçu peşəkardı və ondan tələb olunan şeyləri yerinə yetirməyə çalışır.
- “Qarabağ” xarici bazardan oyunçu gətirəcəkmi? Hansı mövqeyə axtarışlar gedir?
- İlk növbədə, hücum xəttinə. İki ay əvvəl də bildirmişdim ki, hücumçunun olmasını istəyirik. Əlimizdə oyunçular var idi, amma daha uyğununu, daha çox fayda verəcək birini istəyirik.
- Neçə ildi hücumçu axtarışındasız, hələ də tam istədiyiniz səviyyədə forvard tapa bilməmisiz. Maraqlıdı, Qurban Qurbanovun axtardığı hücumçu hansı kriteriyalara cavab verməlidi?
- Tək mən yox, hamı hücumçu axtarır. Məşqçi çoxdu, amma tapan azdı. Biz əlimizdə olan hücumçulardan həmişə maksimum faydalanmışıq. Armenteros var idi, Puponu gətirmişdik. Birini Belçikadan, digərini Hollandiyadan. Onların oyun keyfiyyətləri yaxşı idi. Amma komanda oyunu elədi ki, daim oyun üslubuna uyğunlaşmağı bacarmalısan. Hansı futbolçu buna uyğundusa, onunla müqaviləni uzadırıq. Kim gəlibsə, ondan faydalanmışıq. Hətta gedənlərin də faydasını görmüşük. Məsələn, Armenteros avrokubok oyunlarında, eləcə də çempionatda özünü yaxşı tərəfdən göstərdi. Onun da, Puponun da oyunundan, işinə yanaşmasından hardasa razı idim. Amma elə bir sistem formalaşdırmaq istəyirik ki, futbolçu tam oyun sisteminə düşsün və daim nəticə verməyi bacarsın.
- Cavid Tağıyev növbəti mövsümdə “Qarabağ”da olacaqmı? Ümumiyyətlə, bundan sonra komandadan kimlərsə göndəriləcək?
- Hamısı bizimlə birlikdə toplanışda olacaqlar. Hər birini Avstriyaya aparacağıq, çünki futbolçuların çox olmasına ehtiyacımız var. Cavidə gəlincə, onun bizimlə müqaviləsi qüvvədədi. Ona görə heç bir klubla danışıq aparmamışıq.
- “Qarabağ”da aşağı yaş qrupundan çıxan və əsas komandada möhkəmlənən sonuncu oyunçu Qara Qarayev olub. Ondan sonra elə bir səviyyədə futbolçu çıxmayıb. Bu məqam sizi narahat edirmi? Ümumiyyətlə, problem nədən qaynaqlanır ki, “Qarabağ”ın aşağı yaş qrupları son illərdə əsas komandaya futbolçu verə bilmir?
- Narahat edir. Əgər futbolçu gəlmirsə, niyə də bu məsələ məni narahat etməsin? Amma əfsuslar olsun ki, bu gün bunu tam formalaşdıra bilməmişik. Lap aşağı yaş qruplarında çox perspektivli futbolçularımız var. 10-11 yaşlıları nəzərdə tuturam. Futbol elə bir oyundu ki, bəzən bir nəsil olur, 1 ildə birdən-birə 5-7 oyunçu üzə çıxır. “Neftçi”də Arazgilin vaxtında bir neçə oyunçu üzə çıxdı, “Qarabağ”da da o vaxt Əfran, Rauf, Maksim yetişdi. Bu müddəti də gözləmək lazımdı. Elə yaş qrupu var ki, onun yaxşı futbolçuları hər hansı bir kluba, ya “Neftçi”, ya “Qəbələ”, ya da başqasına yığışır. Bu səbəbdən “Qarabağ”ın aşağı yaş qruplarından bu gün futbolçu çıxmır. Amma lap aşağı yaş qruplarında perspektivli oyunçular yetişir
- Çempionlar Liqasındakı potensial rəqiblərinizin siyahısına baxmısız? Kimlərlə qarşılaşmaq istəməzdiz?
- Siyahını təxmini bilirəm. Amma qismətimizdə nə olacaqsa, odu. Fikrimi bura yönəltmirəm. İlk oyunun səfərdə və ya evdə keçirilməsinə gəlincə, o səviyyəyə çatmalıyıq ki, bunun bizim üçün fərqi olmasın. Amma əlbəttə ki, bu cür yarışlarda ilk matçın səfərdə olması hər komandaya daha faydalıdı.
- Qurban Qurbanov bu il avrokuboklarda öz qarşısına hansı hədəfi qoyub? Nəzərə alın ki, digər 3 klubla müqayisədə, əksəriyyət yalnız sizdən uğurlu çıxış gözləyir...
- Biz hər il istəyirik ki, hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, daha yaxşı nəticə əldə edək. Amma futbolda bəzən düşünmədiyin nəticələr də olur. Öz təcrübəmizdən istifadə etməyə çalışmalıyıq. Belə turnirlərdə ən ağır oyun ilk matç olur. Həmin görüşə hazır olmalıyıq. Bir neçə futbolçumuz ötən mövsümü tez, bir neçəsi gec başa çatdırdı. Onları eyni səviyyəyə gətirmək bizə ağır olacaq. Bəzisinə az, bəzisinə çox istirahət verməli olursan. İlk oyuna bütün futbolçuların hazır vəziyyətdə çıxması çox önəmlidi.
- Səmimi cavab gözləyirik. Ansi Aqollinin yer aldığı Albaniya yığmasının AÇ-də qrupda qalıb, mübarizəni dayandırmasını arzulayırsızmı? Hər halda, “Qarabağ”a qoşulacağı tarix bundan asılı olacaq...
- Ansi çox yaxşı futbolçu və insandı. Əsl peşəkardı. Mənim arzum onun üçün ən yaxşısıdı. “Qarabağ”ı qoyuram kənara, Aqolli ən yaxşı nəticələrə layiq olan futbolçudu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |