Elnur Məmmədli: “Ayaq olsa, daha yaxşı olardı” - MÜSAHİBƏ
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin Stadium.Az saytına müsahibəsni təqdim edirik:
- Artıq
Bakıda keçirilən “Böyük Dəbilqə” cüdo yarışları başa çatdı. Millimiz turniri
ancaq iki bürünc medalla başa vura bildi. Fikirləriniz...
- Turnir çox yüksək səviyyədə keçirildi. Təşkilatçılıq
da çox qəşəng idi. Bu, idmandı, idmanda uğur da var, uğursuzluq da. Əsas odur
ki, komandamızın üzvlərindən heç kim zədə almadı. Bizim idmançılarımız bir müddət
əvvəl başa çatan Kazanda keçirilən Avropa çempionatında komanda hesabında
üçüncü olmuşdu. O yarışdan sonra burda uğurlu çıxış etmək çətin idi. Bakıdakı
çempionat isə çox gözəl keçdi. Qonaqlarımız da hər biri yarışdan və təşkilatçılıqdan
razı qaldı.
- Təbii
ki, bütün yarışlarda istərsiz uğur olsun. Bu yarışda daha böyük uğurların
olmamasının səbəbi nə idi?
- Səbəb təbii ki, var idi və bunu ən yaxşı baş
məşqçi bilə bilər. Məncə bir həftə əvvəl başa çatan Avropa çempionatındakı
yorğunluq burda öz sözünü dedi. Bizim əsas fikrimiz Rio olimpiya oyunlarıdır.
Bu yarışda lisenziya xalları da qazandıq. Bu günlə yaşamamalıyıq. Əsas hədəfimiz
Rio olimpiyadasıdır.
-
Meksikada keçiriləcək çempionata da cüdo millimiz güclü heyətlə gedəcək?
- Bunu da ən yaxşı baş məşqçimiz bilər. Qarşıdakı
günlərdə yəqin ki, baş məşqçi buna qərar verəcək.
- Artıq
Rio olimpiyadasına 6 çəkidə vəsiqə təmin edilib. Bu 6 çəkidə daha çox kimə
ümidiniz böyükdür?
- Mənim hər 6 idmançıya ümidim böyükdür. Onlar
zəif idmançılar olsaydılar ora vəsiqə qazana bilməzdilər. İnanıram ki, hər biri
özünə görə bözəl nəticə qazanacaqlar.
- Sizin
çıxış etdiyiniz 73-kq çəki dərəcəsində indi Rüstəm Orucov güləşir. Onu Olimpiya
çempionu kimi görürsüz?
- Niyə də olmasın?! Rüstəmin çox böyük
potensialı var. Güclü idmançıdır.
- Cüdoda əvvəl
ayaqa “girmək” var idi. İndi isə bu fənd ləğv edilib. Bir olimpiya çempionu
kimi düşünmürsüz ki, bu qərar cüdonu daha da sadələşdirib və maraqsız edib?
- Mənim üçün ayaq olanda daha yaxşı idi. Mən
olimpiya çempionu olanda bu fənd var idi. Amma ləğv ediləndən sonra mən bir dəfə
Avropa çempionu, iki dəfə də master çempionatda qalib olmuşam. Ancaq bu fənd
yaxşı idi, cüdonu daha maraqlı edirdi. Ayaq olsa, daha yaxşı olardı .
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |