"Qaranın indi əsas heyətdə meydana çıxmamasının məndən aslı olmayan səbəbləri var" - MÜSAHİBƏ
“Qarabağ”
bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda “Neftçi”yə
iki cavabsız qolla qalib gəldi. Stadium.Az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi
Qurban Qurbanov oyun haqda belə danışdı:
- Çox
maraqlı oyun oldu. Topla yaxşı davranan və sürətli komandadır. Onlara qarşı
oynamaq çox çətidir. Əsas məsələ odur ki, 3 xal bizim oldu. Bütün komandanı və
azarkeşlərimizi təbrik edirəm. İkinci hissə daha çox xoşuma gəldi. Çünki temp
aşağı düşmədi. Bu oyun nəticə baxımdan yox, ümumiyyətlə hər bir futbolçu üçün
düşərli oldu.
- Rahid
Əmirquliyevin debütü hesaba görə oldu? Yəni hesab 2:0 olmasa onu meydana
buraxacaqdız?
- Biz
Rahidi Türkiyədə oynadırdıq. Ancaq zədələndi. O, təcrübəli futbolçudur. Ancaq
bizim oyun üslubuna uyğunlaşmaq üçün ona da zaman lazımdı.
-
Reynaldoya Çin klubundan təklif gəlib?
-
Reynaldoya həmişə təklif var. İndi də elədir. Çinə getmədi, çünki zədəsi var.
İndi açıqlamaq istəmirəm, yenə təklif var. İndi də onu iki ay əvvəl istəyən
klub istəyir.
- Bu qələbəni
qisas kimi qiymətləndirmək olar?
- Yox,
bizim üçün hər bir oyun önəmlidir. Oyun varsa məğlubiyyət də olacaq, qələbə də.
Bu, normal haldır. Qisas kimi yox, layiqli oyun kimi qiymətləndirək.
- Hər zaman
“Qarabağ”da heyət baxımından problem olub. İndi isə əksinədir. Bu size narahat
edir ki, onlar oyun formasından uzaqlaşa bilər?
- Bəli,
narahatlıq var. 15 futbolçu var ki, istənilən an meydanda ola bilərlər. Biz də
müəyyən səbəblər üzündən hər kəsə şans verə bilmirik. Limit, yaş məhdudiyyəti.
Çalışırıq ki, əvəzləmələrlə hər kəsə oynamaq şansı verək.
- Qara
Qarayev komandanın aparıcı futbolçularından biri idi. İndi niyə əsas heyətə düşə
bilmir?
- O,
komandanın aparıcı futbolçularından biridir. Onun bizlə il yarımlıq müqaviləsi
var. Statistikaya baxsaq görərək ki, mövsümün sonunda hər bir futbolçu oyunların
70 faizində meydanda olub. Məndə istərəm hamısın oynadım. Qaranın indi əsas heyətdə
meydana çıxmamasının məndən aslı olmayan səbəbləri var.
- Rəqib “Neftçi”
olmasaydı Rəşad Sadıqov bu gün meydanda olacaqdı?
- Mən onu
elə “Kəpəz”lə oyunda əvəzləmək istədim. Ancaq bildirdi ki, oynaya bilər. İndi də
onun bir problem yox idi, ona görə meydanda oldu. Belə futbolçular çox
prinsipial olur.
- Gəlin
etiraf edək ki, çempionatda rəqabət azalıb. Bu məqam “Qarabağ”a təsir edir?
- Bizdən
hansı futbolçu getsə də, bzi çalışırıq ki, oyun səviyyəmizi qoruyub saxlayaq.
Bu cür rəqiblərə qarşı oynamaq daha çətindi. Nəinki bir-iki il əvvəl. Məşqçilər
də daha çox öyrənir, futbolçular təcrübə toplayır. İndi bütün komandalar çox
düzgün müdafiə oluna bilir. Bəzən olur ki, ustalıq səviyyəsinə görə qələbə
qazanırsan, bəzən də bunu bacarmırsan. İndi bizim üçün asan deyil ki, hər bir
komanda 10 nəfərlə otursun müdafiədə, bizdə onlara qarşı oynayaq və qələbə
qazanaq. İndi hər kəsin futbol elmi daha da çoxalıb. Bu da gələcəkdə hər kəs
üçün daha yaxşı olacaq və gələcəkdə çempiobat daha da gərgin keçəcək. Bunların
fonunda mən də istərəm ki, komandalarda daha səviyyəli futbolçu olsun.
-
Komandanın məhsuldarlığından razısız? Düşünmürsüz ki, sizə inadkar hücumçu
lazımdı?
- Olsa, biz də götürərik. İndi futbol elə bir hal alıb ki, bəzən hücumçuya heç ehtiyac lazım olmur. Məsələn, biz Gəncədə ancaq standartd vəziyyətlərə görə qalib gəldik. Biz də daha çox cinah futbolçularına üstünlük veririk. Bir neçə ildən sonra hücumçusuz komanda görsəz təəccüblənməyin.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |