Səlahət Ağayev: “İndiki vəziyyətdə əgər 3 oyundu uduzmuruqsa, bu komanda qəhrəmandı” - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XII turunun “Qəbələ” – “İnter” oyunundan sonra bakılıların qapıçısı Səlahət Ağayev jurnalistlərə müsahibə verib:
- Əvvəlcə oyun haqqında fikirlərinizi bildirərdiniz...
- “Qəbələ” ilə oyunlarımız həmişə çətin olur. İndiki vəziyyətimizdə səfərdə “Qəbələ”dən bir xal almağımız normaldı. Məncə, yaxşı oynadıq, axıra kimi mübarizə apardıq, bir xal haqqımız idi.
- Matçın gedişində azarkeşlərlə aranızda gərginlik yaşandı. Bunun
səbəbi nə idi?
- Azarkeşlər oyunboyu arxada məni təhqir edirdilər. Biz futbolçuyuq, meydana çıxırıq ki, əməyimizin bəhrəsini görək. Qapının arxasından qeyri-etik ifadələr işlətdilər. Mən də onlara tərəf dönüb dedim ki, söyüş söyməyin. Əvvəla, azərbaycanlıyam, əgər Azərbaycan futbolunu fikirləşirlərsə, belə şeylər lazım deyil. Ümumiyyətlə, təkcə “Qəbələ” tərəfdarlarına yox, bütün azarkeşlərə səslənirəm. Əgər bizim azarkeşlərimiz belə hərəkət etsələr, mən özüm, şəxsən qarşısını almağa çalışaram.
- Komandada maliyyə vəziyyəti nə yerdədi? Əvvələ baxanda, heç
olmasa, bir az irəliləyiş varmı?
- Necə bilirsiniz elədi. Keçən ilə baxanda, büdcəmiz çox aşağı düşüb. Ancaq bu bizim işimizdi, müqaviləmiz var və ona uyğun mübarizə aparırıq. Yanvara qədər gözləyəcəyik, görək sonra nə olacaq.
- Son qarşılaşmalarda komanda qələbə qazana bilmir. Üç matçdan üç
bərabərliklə ayrılmısınız, bunu maddi problemlərlə əlaqələndirmək olarmı?
- İndiki vəziyyətdə əgər 3 oyundu uduzmuruqsa, bu komanda qəhrəmandı.
- Mətbuata açıqlama vermişdiniz ki, maaşlarınız verilmir, ancaq
bir az əvvəl prezident Georgi Nikolov dedi ki, artıq sentyabr ayının maaşları
köçürülüb...
- Maaş hər 30-50 gündən bir olur. Avropa Liqasında keçirdiyimiz oyunların mükafatlarından isə hələ ki bir xəbər yoxdu.
- Rəhbərlik nə deyir
bəs? Bir məlumat verilmir?
- Rəhbərlik deyəndə ki, keçənilki adamlardı. Georgi Nikolovdu prezident, ancaq bir rəhbər kimi komandaya dayaq durmur. Bir nəfər yoxdu ortaya çıxsın ki, komandaya biz baxırıq. Bircə onu bilirik ki, Beynəlxalq Bank maliyyələşdirir, az da olsa, sağ olsun.
- Bəzi komanda
yoldaşların təklif gələcəyi halda qışda komandadan getməyə hazır olduqlarını
bildiriblər. Siz də bu fikirdəsiniz?
- Mənə təkliflər yaydan var idi. Bilmirəm mətbuatın bundan xəbəri var idi, ya yox, ancaq mən komandamda qalmağı üstün tutdum. Ancaq bu vəziyyət davam edəcəyi halda, kim ki getmək istəsə, ona heç nə demək olmaz. Heç kimi qınamaq olmaz
- Ümumiyyətlə, komanda
şəklində bu vəziyyətə narazılığınızı bildirmisiniz?
- Komanda şəklində toplantılarımız çox olub. Ancaq bir adam yoxdu ki, ona etiraz bildirəsən. Kimə deyəsən dərdini?
- Oyundan əvvəl komanda yoldaşlarınız bildirmişdilər ki, əgər maaşlar verilməsə, bu oyuna çıxmayacaqsınız. Bəs nə baş verdi ki, qərarınızı dəyişdiniz.
- Bu oyundan qabaq maaşımızı aldıq. Bayaq da qeyd
etdim, 40-50 gündən bir ödəmələr edilir. Əvvəl aybaay verirdilər, son vaxtlar
isə uzanır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |