Riçard Almeyda: "Yalnız bu gündən sonra "Monako" ilə oyun haqda fikirləşməyə başlayacağıq"
“Qarabağ”ın əsas üzvlərindən olan braziliyalı Riçard Almeyda Azərbaycan Premyer Liqasının 11-ci turunda
AZAL-a qalib gəldikləri oyundan Stadium.Az saytına müsahibə berib:
- Əvvəlcə
AZAL-la oyun barədə fikirlərinizi bildirərdiz...
-
Bilirdik ki, bizim üçün çətin oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Amma
sevinirik ki, rəqibin qapısına yol tapa bildik. Önəmli olan üç xal idi, bunu da
qazandıq. Artıq bundan sonrakı oyun barədə düşünəcəyik.
- Zədəllənib meydanı tərk etdiyiniz göründü. İndi
durumun necədir?
- İlk
baxışda zədə kimi görünə bilərdi. Amma ayağıma sadəcə zərbə dəydi. Hər şey
qaydasındadır. Zədəli olduğumu demək olmaz.
-
Premyer Liqanın son turlarında "Qarabağ"ın qarışıq heyətlə oynaması
Avroliqa oyunlarında sizə çətinlik yaratayacaq?
-
Komandamızda yetərincə oyunçu var. Buna görə də fikirləşirəm ki, baş məşqçimiz
düzgün seçim edərək komandanı Avropa Liqasındakı oyunlara lazım olduğu kimi hazırlaşdıracaq.
-
Reynaldo ilə meydanda yaxşı anlaşırdın. İndi Armentorosla vəziyyət necədir?
-
Reynaldo ilə üç ildir ki ki, bir yerdə onlayırdıq. Buna görə də onunla
bir-birimizi çox yaxşı başa düşürdük. Armentoros yeni gəldiyi üçün hazırda biz
onu öyrənirik, o da bizi öyrənir. Oyundan-oyuna bir-birimizi daha yaxşı başa
düşürük.
-
Komandanın hazırkı oyunu – tempi səni razı salırmı?
- Biz
həmişə çalışmışıq ki, özümüzü ən yaxşı tərəfdən göstərək. Hər məşqdə, hər
oyunda bunun üçün çalışırıq. Baş məşqçimiz də bunu görür. Bir futbolçunun buna
münasibət bildirməsi məncə düzgün olmaz.
- Ötən
mövsümlə müqayisədə bu il sürətli futbol oynamırsız. Bu nəylə bağlıdır?
- Əvvəlki
illərdə Leroy və Muarem var idi ki, bir-birimiz çox yaxşı başa düşürdük.
Leroyla Muarrem vardı deyə əvvəlki mövsümdə sürətli futbol oynayırdıq. Onlarla
bir-birimizi daha yaxşı başa düşürdük. Bu il yeni oyunçular olduğuna görə
zamana ehtiyacımız var.
- Belə
çıxır ki, Leroy və Muaremin “Qarabağ”da yeri görünür?
- Təbii
ki, hər ikisi komandamız üçün önəmli futbolçular idi. Amma baş məşqçimiz də
komandanı onların yerini dolduracaq uyğun futbolçularla təmin edib. Mənə elə gəlir
ki, vaxt keçdikcə hər şey daha da yaxşı olacaq.
-
“Qarabağ”ın Avropa Liqasında üç oyunu qalıb. Qarşıda isə “Monako” ilə oyun var.
Bu barədə nə deyə bilərsən?
- İndiyə
kimi ancaq AZAL-la oyun barədə düşünürdük. Yalnız bu gündən sonra "Monako" ilə oyun haqda fikirləşməyə
başlayacağıq.
-
"Monako"nu Bakıda məğlub etmək olar? Şansınızı necə qiymətləndirirsən?
- Həyatda
mümkün olmayan heç bir şey yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |