Roman Qriqorçuk: "Hər zaman çalışıram ki, belə suallara şərh etməyim və cavab verməyim"
Ötən gün “Qəbələ” klubunun baş
məşqçisi Roman Qriqorçuk azarkeşlər və media nümayəndələri ilə görüşüb. Stadium.az xəbər evrir ki, tədbirdə o,
jurnalistlərin suallarını cavalandırıb:
- Bu gün sizin üçün çox böyük gündür. 18 oktyabrda Azərbaycan xalqı
müstəqillik bayramını qeyd edir. Böyük məmnuniyyətlə bütün vətəndaşlarınızı
təbrik edirəm. Hamıya ən xoş arzularımı bildirirəm.
Roman
Qriqorçuk daha sonra oktyabrın 22-də keçiriləcək Avroliqanın qrup mərhələsinin
“Qəbələ”- “Borusiya” (Dortmund) oyunu haqda danışıb.
- Bu gün biz klub olaraq çox
böyük iş görürük. Bütün bunların hamısı azarkeşlər üçündür. Biz futbolu da
onlar üçün oynayırıq. Qarşıda “Qəbələ”ni aığır oyun gözləyir. Fürsətdən
istifadə edərək, azarkeşləri "Borussiya" ilə oyuna dəvət edirəm.
Gözəl matç olacağını düşünürəm. Əlimizdən gələni edib yaxşı oyun sərgiləməyə
çalışacağıq. Əsas odur ki, azarkeşlər razı qalsınlar.
- 5:0 hesablı qələbə
arzusu yenə qüvvədədir?
- Bu oyun üçün belə hesabla
qələbə istəyini yəqin ki, təxirə salacağıq (gülür). Amma bu istək bizdə hər
zaman var və sona kimi də özümüzlə daşıyacağıq. “Borusiyya” ilə oyun üçün isə
5:0 hesablı qələbədən danışmaq zarafat kimi səslənəcək. Əsas məqsədimiz odur
ki, bütün oyunları bu hesabla qalib gələcək “Qəbələ” komandası yarada bilək.
- Ukrayna yığmasına baş
məşqçi təyin olunacağınız barədə xəbərlər yayılmaqdadır.
- Hər zaman çalışıram ki,
belə suallara şərh etməyim və cavab verməyim. Çünki öz klubuma, onun rəhbərliyinə
və komandama böyük hörmətlə yanaşıram. Hətta bunu da etiraf edirəm:
"Qəbələ"ni çox sevirəm. Bu söz-söhbətləri kənara qoysaq daha yaxşı
olar. Mənim bütün diqqətim "Qəbələ" ilə birgə daha böyük nəticələr
qazanmaqdır.
-
"Borussiya" ilə matçda sürpriz etmək üçün “Qəbələ” nə etməlidir?
- Bunun üçün kompleks işlər
görülməlidir. İlk növbədə, uğura inanmalı və meydana da bu inamla çıxmalıyıq.
Ən əsası isə həmin gün bizim günümüz olmalıdır. İstədiklərimizi həyata
keçirtməyi bacarmalıyıq. Yəni “Borussiya” ilə oyunda əlimizdən gələnlərdən daha
artığını etməliyik. Çünki belə matçlara bir istiqamətdə yanaşmaqla qalib gələ
bimərik.
- Ukrayna millisi
AVRO-2016-nın "pley-off" mərhələsində Sloveniyaya rəqib oldu.
Əvvəllər bu komandalar dünya çempionatının "pley-off" mərhələsində
görüşmüş və həmin vaxt Sloveniya qalib gəlmişdi. Sizcə, indi Ukraynanın əvəz
çıxma şansı nə qədərdir?
- Əvvəla, hamının şansı
bərabərdir. Ukrayna - Sloveniya cütünə gəldikdə, hər iki komandanın final
mərhələsinə yüksəlmə şansı eynidir. Mən öz ölkəmin yığmasına azarkeşlik edəcəm.
Ukrayna futbolunun Avropa və dünya çempionatlarında oynamaq üçün resursları
var. Ukrayna futbolunda hazırda əsas məqsəd hansısa çempionata çıxmaq yox,
orada yaxşı nəticə qazanmaqdır. Böyük futbol üçün bizim ölkədə hər bir şərait
var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |