Qurban Qurbanov: “Tottenhem”ə qarşı başa-baş mübarizə aparmaq olmaz” - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun
Stadium.Az saytına özəl müsahibəsi:
- Qurban müəllim,
artıq səfərə çıxırsız. İlk öncə səfər təəssüratlarınızı bölüşərdiz...
- Bu səfər bütün səfərlərdən fərqli olacaq.
Çünki hələ heç vaxt o çempionatın komandasına qarşı oynamamışıq, güclərini
canlı görməmişik. İndi isə İngiltərənin ən güclü klublarından birinə qarşı
oynayacağıq. O ab-havanı, atmosferi hər birimiz səbirsizliklə gözləyirik. Böyük
istək və həvəslə səfərə çıxırıq.
- Heyətdə
hansısa problem varmı?
- Şükürlər olsun ki, heç bir problemimiz
yoxdur. Əksinə, problemi olanlar artıq sıraya dönüblər. Bu gün tam olaraq hazır
olmasalar da, müəyyən gücə malikdirlər. qaydada məşqlərini davam etdirirlər.
-
Cumbinyonu səfərdə oynada bilərsiz?
- Yox. Belə fikrimiz yoxdur. Cumbinyo ikinci dəfə
əməliyyat olunduğu üçün, onun tam sağalmasını və hazır olmasını gözləməliyik. Ancaq
qarşıdakı oyunlarda fikrimiz var. İngiltərədən döndükdən sonra “Kəpəz”lə
oynayacağıq. Bax bu oyundan sonra yavaş-yavaş onu oynatmağa başlayacağıq. O da
az-az oynaya-oynaya özünə gələcək.
-
Armenterosu “Tottenhem”lə oyunun start heyətində görə biləcəyik?
- Yox, bunu da düşünmürük. O, fiziki cəhətdən
hələ elə səviyyədə deyil ki, belə oyunda ilk dəqiqələrdən meydanda olsun. Ancaq
oyunun gedişində meydana çıxa bilər.
- “Xəzər Lənkəran”la
oyunda iki mərkəz müdafiəçisi – Rəşad Sadıqovla Bədavi Hüseynovu oynatmadız.
Onları sürətli “Tottenhem”ə qarşı yorğunçuluqdan qorumaq üçün belə etdiz?
- Sırf
bu oyuna görə yox. Son bir ay ərzində çox ağır oyunlar keçirtdilər. Millinin
son Malta oyunundan sonra çox məyus idilər. Çünki qələbə qazanmadıqları üçün
çox üzülürdülər. Milli yaxşı oyun göstərdi, ancaq qələbə qazana bilmədilər. 3
gün milli üzvlərinə istirahət verdim ki, futboldan uzaq olub, stresdən azad
olsunlar. O cümlədən Ansi Aqoliyə də. Onun millisi 93-cü dəqiqədə Portuqaliyadan
qol buraxdı. Psixoloji cəhətdən o da yorğun idi. Fiziki yorğunluqla yanaşı,
psixoloji amilləri də nəzərə alıb, milli oyunçularına istirahət vermişdik.
Artıq indi meydana buraxdığım istənilən futbolçunu çəkinmədən heyətə daxil edirəm.
Çünki hər biri buna layiqdir.
- İngilis
klubları adətən Avroliqaya böyük önəm vermirlər. Məsələn, “Tottenhem” ötən
mövsüm qrup mərhələsinin oyunlarına ikinci heyətlə çıxırdı. Heç fikirləşmisiz
ki, belə olsa daha yaxşı olardı, yoxsa, meydanda elə əsas “Tottenhem”i görmək istəyirsiz?
- Düşünmürəm ki, hər hansı bir məşqçi belə bir turnirdən imtina etsin. Çünki hər
bir məşqçi bu turnirdə qalib olmaq istəyər. Belə klublarda isə birinci-ikinci
heyət olmur. Əksinə, ikinci heyət üçün düşünülən futbolçular belə oyunlarda
daha istəkli olurlar.
- “Qarabağ”
daha çox top saxlamağa üstünlük verir. “Tottehem” isə pressinq və sürətli
futbol sərgiləyir. Bu oyunda yenə öz oyun üslübunuza sadiq qalacaqsız, yoxsa
başqa bir plan var?
- Belə deyək də, desəm ki, “Tottenhem”lə
başa-baş mübarizə aparacağıq, düz çıxmaz. Onlar İngiltərə Premyer Liqasında
çıxış edirlər və “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Liverpul”
kimi dünya nəhəngləriylə böyük ab-hava, atmosfer qarşısında oynayırlar. Onlar
istənilən halda bütün konponentlərdə bizi üstələyir. Futbol ötürmə oyunudur,
bundan da maksimum yararlanmaq lazımdır. Siz də qeyd etdiyiniz kimi, onlar nəinki
topla, hətta topsuz da çox sürətli oynayırlar, pressinq edirlər. Ola bilsin ki,
heç öz oyunumuzu oynamağa bizə imkan verməsinlər. Ancaq biz də ilk növbədə bunu
onlara qarşı tətbiq edəcəyik. İmkan daxilində öz oyunumuzu oynayacağıq.
- Həqiqətən
“Qarabağ” çox çətin qrupa düşüb. “Tottenhem”, “Monako” və “Anderlext” hər il
Avrokuboklarda yüksək hədəfləri olan komandalardır. Heç dediz ki, kaş bu qrupa
düşməyərdik?
- Yox. Tam səmimi deyirəm, belə fikrim
olmayıb. Hər bir məşqçinin arzusu olmalıdır ki, özünü belə klublarla oyunda
sınasın. Mənim üçün çox maraqlı olacaq. Bunu futbolçuların hiss etməsi onlar və
mənim üçün böyük təcrübə olacaq. Eləcə də böyük tarixi olan “Monako” və “Anderlext”ə
qarşı oynamaq. Bu komandalara qarşı hər bir futbolçu oynamaq istəyər. Heç zaman
düşünməmişəm ki, bəxtimizə bu komanda çıxardı, o biri düşərdi. Qismətimizdə nədirsə,
o da olub.
- Mətbuatda
daimi olaraq yazılır ki, Leroy Corcla Muarem Muaremi buraxmaqda siz səhv
etmisiz. Onların yeri görünürmü həqiqətən komandada?
- Hər bir yazıya hörmət etmək bizim
borcumuzdur. Bəzi futbolçular komandaya tez uyğunlaşır, bəziləri isə gec. Biz çalışırıq
ki, həmişə əlimizdə olan futbolçulardan maksimum yararlanaq. Leroy Muarem
komandada idi, onlardan faydalanmağa çalışırdıq. İndi isə eyni hal başqalarına
aiddir. Onların hər ikisi çox yaxşı insan və futbolçular idi. Həmişə onlara xoş
münasibət göstərmişəm və yararlanmışam. Həmişə də onlardan razı qalmışam. Bu
gün isə əlimdə olanlardan yararlanıram. Məşqçi işi budur. Ola bilər ki, oyunda
sizlər indi komandada olan futbolçuların ustalığından razı qalmırsız. Ancaq mən
məşqlər zamanı onlardan istədiyimi ala bilirəm. Zaman keçdikcə isə onlar daha
yaxşı səviyyəyə çatacaqlar. Əgər indi oturub düşünsək ki, o futbolçular getdi,
bizim işimiz alınmayacaq, o zaman uğur qazana bilmərik. Əksinə, biz hər
futbolçunun bacarığından yararlanırıq. Biz bir yerdə daha da yaxşı uğurlar əldə
edəcəyik. Buna inanıram.
- Adətən
futbolçular millidən “Qarabağ”a yaxşı dönmürdülər və komandanız daim bunun əziyyətini
çəkirdi. İndi vəziyyət necədir?
- Bayaq da qeyd etdiyim ki, fiziki yorğunçuluq
öz yerində, amma onlar daha çox psixoloji yorğunluq içindəydi. Belə problem
olur, onu da aradan qaldırmağa çalışırıq. İndi əlimizdə futbolçu çoxdur, düşünmədən
istədimiz dəyişiklikləri edə bilirik.
- Həmişə
futbolçu qıtlığıyla üzləşmisiz. İndi vəziyyət necədir, bunu aradan qaldıra
bilmisiz?
- Belə baxanda, hə. Çünki hər mövqedə ən azı
iki futbolçumuz var. Əlimizdə nə qədər futbolçu olsa da, həmişə daha yaxşısına
ehtiyac duyulur. Amma çox futbolçu da, çox problem deməkdir.
- Yenə də axtarırsız?
- Bəli, həmişə axtarışdayıq. Bəzən elə variantlar çıxır ki, ona yox deyə bilmirik. Biz bir neçə milyon verib oyunçu almaq gücündə deyilik. Amma bəzən də böyük klublardan yaxşı futbolçu qopara bilirik. Bəzən isə 5-6 ay oynamayan futbolçunu daha əvvəlki potensialına bələd olaraq heyətə cəlb edirik. Quintana, Armenteros, Reynaldo özü buna sübutdur.
Cavid Əhmədoğlu - Stadium.Az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |