Cavid Hüseynov: "Qəhrəman təkcə mən yox, hamımızıq" - MÜSAHİBƏ
"Qəbələ"nin futbolçusu Cavid Hüseynov Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Apollon"a qalib gəldikləri oyundan (1:0) sonra Qjurnalistlərin suallarını cavablandırıb:
- Cavid Hüseynovu "Apollon"la oyunların qəhrəmanı adlandırmaq olar?
- Qəhrəman təkcə mən yox, hamımızıq. İstər futbolçular, istərsə də azarkeşlər həqiqətən əzmkarlıq göstərdi. Çox xoşagəlməz bir komanda ilə düşmüşdük və xalqımız bizi layiqincə dəstəklədi.
- "Apollon" necə rəqib idi?
- Çox çətin və pis rəqiblə düşmüşdük. Oyunboyu bizi təxribata çəkməyə, qıcıqlandırıb qalmaqal yaratmağa çalışırdılar. Buna baxmayaraq biz onların cavablarını verdik. Bütün komanda yoldaşlarımın, xalqımızın qarşısında baş əyirəm. Biz onların dəstəyi sayəsində bu nəticəyə nail olduq.
- Oyundan sonra baş məşqçin Roman Qriqorçuk sənin sarı vərəqə ilə cəzalandırılmağını istəmədiyini bildirib. Çünki bu oyunda sarı vərəqə almaqla cəzalı duruma düşdün.
- Bəli, oyundan öncə də baş məşqçimiz bizə tapşırmışdı ki, ehtiyatlı olaq. Çünki rəqib bizi təxribata çəkirdi. Əlimizdən gələni etdik ki, özümüzü cilovlayaq. Amma elə hislər var ki, onun qarşısını almaq mümkün deyil.
- Oyunboyu rəqib futbolçular daha çox səni narahat edirdi.
- “Apollon”un 5 nömrəli oyunçusu oyunboyu məni vururdu, təxribata çəkirdi. O, istəyirdi ki, mən ona nəsə edim, qırmızı və ya sarı vərəq alım. “Apollon” heç bu oyunu düşünmürdü. İstəyirdilər ki, qırmızı vərəqə alım və növbəti turlarda komandama kömək edə bilməyim. Onlar mərhələni keşə bilməsələr də, bizə zərər yetirməyə çalışırdılar. “Apollon” Bakıya futbol oynamağa gəlməmişdi.
- Penalti epizodunda rəqib qapıçı sənə nə deyirdi?
- Nəsə deyirdi. Amma onun dilini başa düşmədiyim üçün nə dediyini anlamadım. Mən də əlimlə işarə etdim ki, get buradan.
- Deyəsən, Ermin Zeç də penalti zərbəsini yerinə yetirmək istəyirdi.
- Xeyr, komandada penaltini mən vururam. Zeçlə bu barədə dialoqumuz da olmadı.
- Amma yenə də həyəcanlı idin.
- Həyəcan həmişə olur. Bu qədər azarkeş qarşısından üzüağ çıxmaq lazım idi. Şükürlər olsun ki, bunu bacardıq.
- Pley off mərhələsinin ilk oyununda iştirak etməyəcəksən. Necə düşünürsən, komanda sənin yoxluğunda layiqli mübarizə apara biləcək?
- İnanıram ki, layiqli mübarizə də aparacaq. Komandada hər bir oyunçuya inam sonsuzdur. Ehtiyat oyunçular arasında səviyyəli futbolçularımız var. İstər Asif Məmmədov, istərsə də Samir Zərgərov səviyyəli oyunçulardır. Bizdə elə oyunçu yoxdur ki, onun yeri boş qalsın. Biz kollektiv şəkildə həm müdafiə olunuruq, həm də hücuma keçirik. Kiprdəki oyundan sonra bəzi həmkarlarınız məni qınadı. Amma çoxlarınız da məni dəstəklədiniz. Bu oyunda həmin dəstəyin qarşılığını az da olsa, verə bildim. Məni qınayanlara isə deyirəm ki, onlar mənim keçirdiyimi hisləri başa düşə bilməz. Çünki həmin adamın qanında problem var. Ona deyərdim ki, qanını yoxlatdırsın.
- Amma səni peşəkarcasına yanaşmadığına görə tənqid etmişdilər. UEFA səni cəzalandırsaydı, komandanı pis vəziyyətdə qoyacaqdın...
- Söhbət bayraqdan, hislərdən gedir. Əgər sənin yanında Azəbaycan bayrağını yandırsalar, pis vəziyyətə qoysalar, nə edəcəksən? Əlbəttə, öz reaksiyanı verəcəksən. Mən də həmin gün futbolçu kimi yox, Azərbaycan övladı kimi reaksiya verdim. Tənqid ola bilər. Amma təhqirə yol verildiyi üçün getsin qanını yoxlatdırsın. Onun qanıda dəyişiklik olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |