İbrahim Uzunca: “Onlar təklifləri yox, dəyəri üstün tutdular” - MÜSAHİBƏ
“Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, Uzunca komandanın hazırkı vəziyyəti və gələcək planları ilə bağlı danışıb.
-“Bakı”da çox sayda yerli məşqçi olduğu halda, baş məşqçi postu sizə həvalə olundu. Əvvəlcə bu prosedur barədə danışmağınızı istərdik.
-Bildiyiniz kimi, çempionat başa çatdıqdan sonra Milinko Pantiç klubdan ayrıldı. Əvəzedici heyətin baş məşqçisi olduğum üçün gənclərin potensialına bələdəm. Əslində, mən əvəzedici komandada baş məşqçi olduğum zaman əsas heyətin də məşqlərinə çıxırdım. Ona görə də bu gün “Bakı”nın əsas heyətində çalışmaq mənim üçün çətin deyil. Əlimdən gələni edib, “Bakı”nı ayaqda saxlamağa və səsimizi çatdırmağa çalışacağıq.
-“Bakı”nın maliyyə durumu yaxşı deyildi. Belə bir vəziyyətdə komandanı formalaşdırmaq baş məşqçi üçün nə deməkdir?
-Düşünürəm ki, irəliləyən günlərdə hər şey yoluna qoyulacaq. Hazırkı durumun mövsümün sonuna qədər davam edəcəyi gözlənilmir. Klub prezidenti Hafiz Məmmədovun komandanı elitada saxlaması çox önəmli bir məqamdır. “Bakı”nın Premyer Liqadan düşməsi Azərbaycan futbolu üçün heç də yaxşı olmayacaqdı. Düzdür, həmin çətin dönəmdə bir neçə oyunçumuz düşərgəni tərk etdi. Heyətdən çox sayda oyunçu gedərsə, toparlanmaq çətindir. Lakin bizim gənc oyunçularımız var. İlk iki oyunda qələbə qazana bilməsək də, rəqiblərə göstərmişik ki, azərbaycanlı futbolçulardan ibarət komanda qurmaq olar. Gənc oyunçuların mövqe səhvi normaldır. Bunun fonunda gənc oyunçuların baxımlı oyun sərgiləməsi ümidvericidir.
-Qarşıdakı günlərdə bu boşluqları aradan qaldırmaq üçün oyunçu transferi nəzərdə tutulubmu?
-Çatışmazlıqlar mövcuddur. Mən hazırda konkret danışa bilməyəcəyəm. Düşünürəm ki, akademiyamızda yetişən oyunçularımıza böyüklük edə biləcək təcrübəli futbolçulara ehtiyacımız var. Əgər bu işlər həyata keçirilsə, o zaman biz qarşıdakı turlarda çox komandaya başağırısı olacağıq.
-Yerli futbolçuların, akademiyanın yetirmələrinin heyətdə qalması normal haldır. Faktiki Azərbaycana futbol oynamaqla yanaşı, pul qazanmağa gələn Yura Travner, Risto Ristoviç və Lukas Mario Horvatı bu vəziyyətdə “Bakı”da saxlayan məqamlar hansılardır?
-Onlar böyük fədakarlıq etdilər. Adlarını çəkdiyiniz oyunçular Azərbaycanın digər klublarında çox rahatlıqla oynaya bilərlər. Amma onlar təklifləri yox, dəyəri üstün tutdular. Çətin günlərdə komandanı yarı yolda qoymaq dəliqanlı adama yaraşmaz. “Bakı” hər zaman iddialı olub, bu gün isə müəyyən problemlər mövcuddur. Mən əminəm ki, çətin günlərin ömrü çox olmayacaq və biz yenə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Pul olan zaman işləmək çox asandır, əsas məsələ çətin günlərdə öz sinəni irəli verməkdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |