Badri Kvaratsxeliya: "Düzü mən bura pul üçün gəlməmişəm" - MÜSAHİBƏ
“Turan-T”-yə yeni baş məşqçi təyin olnan Badri Kvaratsxeliya ilk müsahibəsini verib. Stadium.az xəbər verir ki, Gürcü mütəxəssis komandaya gəlişi, qarşıya qoyulan məqsədlər haqda danışıb:
- İlk öncə “Turan-T”yə gəlişiniz barədə məlumat verərdiniz. Necə oldu ki, Tovuz təmsilçisinə gəldiniz?
- Açığını deyim ki, mən bu təklifi gözləmirdim. Klub rəhbərliyi mənimlə əlaqə saxladıqdan sonra düşünmədən razılaşdım. Çünki mən Tovuz futbolunu çox yaxşı tanıyıram. Azərbaycan futbolunu ilk dəfə Avrokuboklarda təmsil etmiş, çempion olmuş bir şəhərin təmsilçisidir. Perspektivi və potensialı ilə yanaşı bu klubun keçmişi hamıya məlumdur. Azərbaycan futbolunun mərkəzlərindən biridir. Maliyyə sıxıntısı səbəbindən əvvəlki əzəmətini itirsə də bura bir bulaqdır. Bu perspektivi gördüyüm üçün komandaya gəldim. Burada işləmək mənim üçün şərəfdir.
- Artıq bir həftəyə yaxındır ki, hazırlıq keçirsiniz. İlkin təəssüratlarınızı bölüşərdiniz.
- İlk öncə rəhbərliyə komandaya yaratdığı şərait üçün təşəkkürümü bidirirəm. Hələ ki, komandanı formalaşdırmaq üçün çalışırıq. Əsasən yerli futbolçulara üstünlük verəcəyik. Vacib deyil tovuzlu olsun Azərbaycanın hər yerindən istedadlı gənc futbolçuları komandaya cəlb edib onların inkişaf etmələrinə nail olacağıq. Yerli futbolçuların da arasında perspektivliləri kifayət qədərdir. Əsas məqsəd döyüşkən, mübariz komanda formalaşdırmaqdır. İşlərimiz bu yöndə davam edəcək.
- Qarşınıza hansı məqsəd qoyulub?
- Qeyd etdiyim kimi ilk növbədə döyüşkən komanda
qurmaq istəyirik. Asan təslim olmayan, mübariz komanda yığıb gənc futbolçuların
üzə çıxmasına çalışacağıq. Çempionatda isə bacardığımız qədər irəli getmək istəyirik
. Ən az ilk 6-lıqda qərarşalmaqdır məqsədimiz. Bizim işimiz bir illik deyil. Gələcəyin
komandasını qururuq. Düzdü gücümüz daxilində şəraitimiz var. İlk öncə özümüzü
sübut etməliyik. İstədiyimiz komandanı toparlayıb, işlərimizi yoluna qoyduqdan
sonra Premyer Liqanı hədəfləyəcəyik. Bunun üçün isə dayanmadan çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |