Əmrah Çəlikəl: "Yatsam yuxuma da girməzdi" - MÜSAHİBƏ
“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin “Zalsburq”
üzərində 2:1 hesablı qələbədən sonra Stadium.Az saytına müsahibəsi:
- Çox gözəl oyun oldu. Məncə hamı stadiondan
razı getdi. Ən əsası isə odur ki, arxayınlaşmayaq. İndi bizi “Zalsburq”la səfərdə
bundan 3-4 dəfə çətin oyun gözləyir. Və əsas odur ki, orda da sevinək.
- Oyunun gedişatında çox maraqlı olaylar
yaşandı. Belə deyək də, yatsaz yuxunuza gələrdi bunlar?
- Yox, inanın ki, düşünməzdik də. Yatsam yuxuma da girməzdi. Allaha
şükürlər olsun ki, bu gün stadionu başımız dik tərk edirik. Amma hələ heç nə
bitməyib. Bizi daha bir ciddi sınaq gözləyir.
- Admir Teliylə Reynaldo komanda üçün böyük
itki olacaq?
- Əlbəttə ki, belə olsun istəməzdik. Texniki
heyətimiz bu barədə tədbirlər görəcək. Telinin qırmızı vərəqə aldığı anın təkrarına
baxmamışıq. Baxsaq belə, bu mənim yox, Qurban müəllimin səlahiyyətində olan
işdir. İnanıram ki, baş məşqçimiz lazım olan tədbirləri görəcək.
- Reynaldonun aldığı qırmızı vərəqə üçün UEFA-ya
müraciət edəcəksiz?
- Məncə yox idi. Amma təkrara dəqiq baxıb
analiz edəndən sonra günahsız olduğu görünərsə şikayət edəcəyik.
- Sizin gözlədiyini “Zalsburq” bu idi, yoxsa
daha güclü düşünürdüz?
- Biz inanmışdıq, bacardıq da. Komandanı
gördüyü işə kölgə salmıram, amma inamın da böyük təsiri vardı.
- Son zamanlar stadionda belə ajiotaj
olmamışdı. Siz razı qaldızmı?
- Əlbəttə ki! Əsas odur azarkeşlərimiz razı
qalsın. Biz buna yeni öyrəşirik. “Zalsburq”u isə hər oyun 30 min azarkeş dəstəkləyir.
Və o 30 minin oyuna təsiri burdakından daha artıq olacaq. Bax önəmli məqam
budur. Bizdə də hər oyunda belə olsa Azərbaycanın adı daha da yuxarılara
qalxar. Həqiqətən azarkeşlərin dəstəyi möhtəşəm idi. Bu gün stadiona ancaq “Qarabağ”ı
dəstəkləmək istəyənlər gəlmişdi. Oyuna baxmaq istəyənlər isə evdə televizor
qarşısında seyr edirdi.
- Amma stadion tam dolu idi...
- Mən də onu deyirəm ki, dəstəkləmək istəyənlər
burada idi. Onlar 90 dəqiqə ərzində dayanmadan komandanı qələbəyə səslədilər. Hər
birinə dərin təşəkkürümü bildirirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |