Hacıyevdən Həsənova tülkü bənzətməsi - MÜSAHİBƏ
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin Stadium.az saytına müsahibəsi:
- “Xəzər Lənkəran”la oyunda hesabda 2:0 öndə
olsaz da, gözlənilmədən qələbəni əldən verdiz. Demək olar ki, məğlubiyyətə bərabər
heç-heçə oldu...
- Əlbəttə, oyunda üstün tərəf biz idik. Son 15
dəqiqədə mən komandama nəzarəti itirdim. Çünki meydanı görmək mümkün deyildi.
Birdə gördüm ki, Tərlan Quliyev qırmızı vərəqə alaraq meydanı tərk etdi.
Ardınca baxdım ki, Karlos Kardoso, sonra da Bruno Bertucci gəlir. Dedim bunlar
hara gəlir, “qırmızı” alıblar cavabın eşitdim. Məsəli Rəhim Həsənovdan uzaq, deyir,
tülkü dumanlı gün axtarar. Yaz ha ki, məsəli Rəhim Həsənovdan uzaq, yoxsa məni
də 20 oyunluq cəzalandırallar.
- Bəs “Bakı”ya məğlubiyyəti necə izah edirsiz?
Axı bu dəfə nə duman vardı, nə Rəhim Həsənov, nə də qırmızı vərəqələr...
- Çünki artıq komandanı parçalamışdılar. Buna
baxmayaraq, komanda yenə də qələbə ruhunda idi. İlk yarıda bir neçə qol vəziyyəti
də yaratdıq. İkinci hissədə də həmşinin. Futbolda da aksiomadır da, vurmayana
vurarlar. Platye qol imkanlarını sağa-sola xərcələyəndə köməkçim Bəxtiyar
Musayevə dedim ki, “indi bizə bir durnoy qol vuracaqlar, məsələ də həll olacaq”.
Belə də oldu.
- Sizcə “Neftçi”ni niyə sıxırlar? Bunun
arxasında nə və ya kim dayanır?
- Baxıb gördülər ki, “Neftçi” əvvəlki
komandadır, hələ ondan da yaxşı oynayır, başqa variantları qalmadı. Əl atdılar
komandamı parçalamağa.
- Bəlkə komandanı elə hazırlayardız ki,
futbolçularınız təxribata uymayaydı? Düşünmürsüz ki, burda sizin də səhviniz
var?
- Mən komandamı çox yaxşı hazırlamışdım. Lənkəranda
o qədər azarkeş önündə 2:0 hesabıyla önə keçməyimiz də bundan xəbər verir. Bəs
təxribata necə uymasınlar ki, Kardosonun oğlu yaşda olan Ağabala Ramaznov ona ədəbsiz
hərəkət – jest edir?! O da insandır da, əsəblərinin sərhəddi var. Hadisənin baş
vermə səbəblərini araşdıranda hər şey ortaya çıxır. Axı hər insanın səbr kasası
var.
- Necə düşünürsüz, “Neftçi”ni yenə sıxacaqlar?
- Bundan sonra problemimiz olmayacaq. Bu tur
Erik Ramos sonra da Tərlan Quliyev heyətə dönəcək. İnanıram ki, biz əvvəlkindən
də güclü oynayacağıq. Əgər bir daha “Neftçi”ni
parçalamağa cəhd etsələr bu o deməkdir ki, kimlərsə “Neftçi”nin ölməsinə fətva
verib. Yəqin ki, bundan sonra bizə necə salam verəcəklərsə, biz də o cür əleykə
salam verəcəyik.
- Bu tur sizi “İnter”lə çətin oyun gözləyir...
- Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Hətta əvəzedici heyəti belə meydana buraxmalı olsaq, eyni hal olacaq. Oyun sistemi barədə bir şey deyə bilmətəm, bu sirdir. Amma qələbə qazanacağıq.
Ümid BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |