Ramin Musayev tədbirdə problemlərdən danışdı MÜSAHİBƏ
Bir neçə saat əvvəl başlayan Topaz Premyer Liqasında sentyabr və oktyabr aylarının ən yaxşı futbolçularının mükafatlandırılma mərasimində jurnalistlərin suallarını cavablandıran PFL prezidenti Ramin Musayevin müsahibəsini təqdim edirik:
- “Neftçi”nin sabiq məşqçisi Tərlan Əhmədov bu kluba sizin vasitənizlə keçdiyini bildirib. Bu, nə dərəcədə doğrudur?
- Tərlan Əhmədovun açıqlaması ilə tanışam. Diqqətlə baxmısınızsa, orada “Məni kluba qəbul edən Sadıq Sadıqov olub” deyir. Biz Sadıqovla 30 ilin dostuyuq. Mənə də maraqlıdır ki, niyə adımı hallandırıb. Bizdə belə qəbul olunub ki, baş məşqçi gedəndə də, gələndə öz komandası ilə birgə olur. Mən heç kimə heç kimi təqdim etməmişəm, yalnız “Qarabağ”a Qurban Qurbanovu məsləhət görmüşəm. Çempionatın başlamasına 5-10 gün qalmış Əmrah Çəlikəl yanıma gələrək, “sıxıntı içindəyik, Rasim Kara qaçıb” dedi. Mən də Qurbanovu məsləhət görmüşəm. Hesab edirəm ki, klub bunda yanılmayıb.
- “Turan”dakı maliyyə problemlərindən xəbərdarsınız?
- “Turan”a sponsor tapmaqla kluba pislik etməmişəm ki... (gülür) Klubda nə baş verdiyindən ətraflı xəbərim yoxdur. Təkcə “Turan”ın futbolçularının maaşlarında gecikmə olsaydı, bunu anormal qəbul edərdim. Amma bütün dünyada borclu klublar var. Hansı klubda maaş gecikdirilmir? Sözsüz ki, bu problemi şişirtməlisiniz. Amma deyə bilərəm ki, heç bir problem yoxdur.
- Ayın hakimini də seçə bilərsiniz?
- Gözəl təklifdir. Bunu elə sizin ixtiyarınıza buraxıram. Amma dünyada elə bir dövlət varmı ki, onların çempionatında hakim səhvi olmasın. Yoxdur.
- “Neftçi” – “Xəzər Lənkəran” matçında qonaq komanda azarkeşlərinə qoyulan qadağa qalxacaq?
- Azarkeşsiz oyunların həmişə əleyhinə olmuşam. Oyunçu azarkeş üçün oynamalıdır. Zaur Ramazanov “Neftçi”nin razılığı ilə “Xəzər Lənkəran”a qarşı oynadı. “Xəzər Lənkəran”ın bir dəfə də “Neftçi”yə qarşı azarkeşlə oynamasına razılıq vermişəm. Azarkeşlərin 90 dəqiqə komandalarını dəstəkləməsinin, maraqlı atmacalarının, qızışdırmalarının tərəfdarıyam, davalarının yox. Futbolçu azarkeşi çox gördükdə, özünə qarşı daha çox məsuliyyət olur. Mənə elə gəlir ki, azarkeşsiz oyunun sonu olmalıdır. Yəqin ki, bundan sonra Lənkəranda da bir oyunu “Neftçi” azarkeşi olmadan keçirərik. Hesab 1:1 olar və ondan sonra ümid edirik ki, hər şey qaydasına düşər.
- Lənkəran stadionunda PFL-in də, Topazın da banneri yoxdur. Bu, nə ilə əlaqədardır?
- Artıq həmin stadionda bannerlərimiz qoyulub. Heç bir problem yoxdur.
- Berti Foqtsun millimizin baş məşqçi postunda qalmasını istərdiniz?
- Siz ilanı Seyidəhməd əli ilə tutmaq istəyirsiniz. Əgər Foqts bütün çempionatı izləyərsə, tərəfdarı olaram. O, böyük nəticə verməsə də, sonuncu tsikldə pis olmadı. Amma futbolçularda bir az nizam-intizam yarada, qorxu hissi oyada bildi. Əfsuslar olsun ki, çempionatın əksər oyunlarında xaricdə olurdu, matçlara köməkçiləri baxırdı.
- Çempionatımızda oyun alqı-satqısı hiss etmisiniz?
- Çempionat başlayanda hamı deyirdi ki, “Bakı” ilə “Rəvan”ın prezidentləri qohumdur, 3 xal “Bakı”ya getdi. Eləcə də “İnter” və “Simurq” arasındakı oyunlar barədə eyni sözləri deyirdilər. Nə oldu? Oyun alqı-satqısı haqda heç düşünmürəm. Hər bir komanda özünü fikirləşir. Alqı-satqı olmayıb, olmayacaq da.
- Ölkə xaricində Premyer Liqanın yayım hüququna sahib olmaq istəyənlərdən danışmışdınız. Bu məsələ nə yerdədir?
- Bu gün o şirkətin adını açıqlasaq, reklam olar. Zamanı gələndə açıqlayacağıq. Amma danışıqlarımız zamanı hiss etmişəm ki, fikirləri qətidir. Hər şey normal getsə, alınmalıdır. Siz jurnalistlərdən də çox şey asılıdır. Gərək elə yazılar yazasınız ki, onlar da qaçmasınlar.
- Azarkeş sayını artırmaq üçün hansı işləri görmək fikrindəsiniz?
- Sualınızın 80-90 faizi klublara aiddir. Komandalarımız elə oyun nümayiş etdirməlidirlər ki, özlərinə azarkeş yığsınlar. AFFA-nın prezidenti Rövnəq Abdullayev təklif etmişdi ki, klublarımızı bölgələrə aparaq. Amma buna qısqanclıqla yanaşdılar. AZAL “Şəfa”da oynadıqda 50 nəfər gəlmirdi, amma indi Şüvəlandakı “AZAL Arena”ya azı 500 tamaşaçı gəlir. Bakının nə qədər komandası var. Bakılılar kimə azarkeşlik etsinlər? I diviziondakı “Turan”ın oyununa gələn azarkeş Bakıdakı komandaların tərəfdarlarından çoxdur. Digər bölgələrimizdə də maraq yüksəkdir. Komandalara yaşayış məntəqəsinin adını qoysalar, gələrlər. “Neftçi”nin adını dəyişməyə ehtiyac yoxdur. “İnter” də”, “Bakı” da, “Rəvan” da bölgə adı götürməlidir. Götürsələr, tamaşaçı gələcək. “Qarabağ” mənə Suraxanıda stadion tikdiklərini bildirəndə “Əlinizdə qalsın” dedim. Bu komandanın Ağdama getməməsində həm “Qarabağ” rəhbərliyi, həm də Ağdam icra başçısı Nizami Sadıqovun günahı var. Quzanlı stadionunda televiziya, internet olmadığını dedikdə, “Mən alıb verərəm. Təki siz burada oynayın” söylədim. Biləcəri, Keşlə Bakının ən qədim qəsəbələrindəndir. “Bakı” ilə “İnter” o qəsəbələrin adlarını qoysalar, daha çox azarkeş yığa bilərlər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |