"Hafiz Məmmədovun xətrini çox istəyirəm" - MÜSAHİBƏ
"Bakı"nın moldovalı futbolçusu Vadim Boretsin "Toplu Bakı" jurnalına müsahibəsi
"Moldovada anadan olmuşam. Ukrayna ilə sərhəddə, rnDonduşeni rayonunun Baromonovka kəndində. Valideynlərim ukraynalıdı. rnOnlar tələbə olduğu zaman ailə həyatı qurduqları üçün məni kənddə rnnənəmin yanında saxlamışdılar. Dil açanda nənə və babama ata və ana deyərn müraciət edirdim. Elə bilirdim ki, valideynlərim onlardı. Dörd yaşım rnolanda onlar məni öz yanlarına - Kişinyova apardılar.
Ora köçəndən rnsonra atam istəyirdi ki, mən gimnast olum. Birinci sinifdə altı ay rngimnastikaya getdim. Elə o vaxt məktəbimizin yanında böyük üzgüçülük rnkompleksi açılmışdı. Oradan gəlib sinfimizdən mənimlə birgə bir neçə rnuşağı seçdilər. Bir müddət üzgüçülüklə də məşğul olandan sonra atama rndedim ki, “mən futbola getmək istəyirəm”. Peşman deyiləm ki, o vaxt bu rnqərara gəldim.
Atam məni “Nistru”nun olimpiya rezervi üzrə rnxüsusiləşdirilmiş uşaq-idman məktəbinə, Valentin Fyodoroviç Falomeyevin rnyanına apardı. Bütün yayı region üzrə yeniyetmələr arasında təşkil rnedilən müxtəlif turnirlərdə iştirak etdik. Belarusiyanın Svetlaqorsk rnşəhərindəki turnirdə ən yaxşı yarımmüdafiəçi seçildim, Ukraynanın Lvov rnşəhərində keçirilən yarışda isə komanda hesabında üçüncü yer tutduq. rnMütəmadi olaraq bütün yaş qrupları üzrə milli komandalarda oynadım.
Kuryoz debüt
İlkrn peşəkar müqaviləmi 16 oktyabr 1992-ci ildə “Zimbru” ilə beş il rnmüddətinə bağladım. Sonradan klub “Nistru” adlandırıldı. Debütüm çox rnkuryoz alındı. Üç cüt butsım vardı. Böyük səbirsizliklə oyuna çıxacağım rngünü gözləyirdim. Matç öncəsi gecə, hər üç butsımı ayaqqabı mazı ilə rntəmizləyib, yatağımın altına qoydum. Səhər yuxudan duranda o qədər rnhəyəcanlı idim ki, oyun üçün ləvazimatlar olan çantanı götürəndə rnbutslarımı ora yerləşdirməyi unutdum. Onlar bazadakı otağımda qaldı.
Klubunrn avtobusu ilə oyunun keçiriləcəyi stadiona çatanda yadıma düşdü ki, rnbutslarımı unutmuşam. Özümü itirmədim. Cəld komanda yoldaşlarıma sakitcərn yaxınlaşaraq vəziyyətdən çıxmağım üçün kömək istədim. Kim isə ayağıma 3rn ölçü böyük olan butsı tapdı ki, onları geyinim. Baş məşqçimiz indi rn“Şaxtyor”da ikinci məşqçi kimi çalışan Aleksandr Fyodoroviç Spiridon bu rnhadisədən xəbər tutmadı.
Amma oyunda elə bərbad oynadım ki, bu rnunudulmaz oldu. Demək olar ki, qaça bilmirdim. Fikirləşirdim ki, indi rnonlar ayağımdan çıxacaq və baş məşqçi hər şeyi biləcək. Həmin oyunda 1-2rn hesabı ilə uduzduq. Buna baxmayaraq, “Zimbru”da unudulmaz mövsümlər rnkeçirdim. “Tottenham”, PSV , “Herta”ya qarşı tarixi oyunlarda 90 dəqiqə rnmeydanda olmuşam.
"Bakı" yolu
Müqavilərn şərtlərinə əsasən, “Şerif”ə məxsus olsam da, icarə əsasında Polşanın rn“Qrotslin” klubunda oynayırdım. Əvvəlcə işlərim o qədər də yaxşı rngetmirdi. Mövsümün sonunda isə mən orada əsas heyət oyunçusu sayılırdım.rn Onlar qalmağımı istəsələr də, evə qayıtdım. Bu ərəfədə “Neftçi”dən rntəklif gəldi. Düzünü desəm, öncə buranı seçəndə düşündüm ki, burada rnoynamaq asan olacaq və mən hamıdan seçiləcəyəm. Gəlib tam başqa rnmənzərənin şahidi oldum.
Burada heyətlərində yaxşı legioner rnfutbolçular olan klublar var. Təəccübümü bir kənara qoyub, var qüvvəmlə rnçalışmağa başladım. Xoşbəxtəm ki, mənim işlərim burada alındı. “Birlik rnkuboku”nu qazandıq. Çempionatda ikinci və üçüncü yerləri tutduq. Sonra rnkeçdim “Bakı”ya. Üç ilə yaxındı ki, buradayam.
Əla rəhbərlər...
Həmrn “Neftçi”də, həm də “Bakı”da bəxt üzümə gülüb. Futbolçu, məşqçi və rnrəhbərlik baxımından hər ikisində mükəmməl kollektiv olub. Hər iki rnklubun rəhbərliyində düzgün, sözünü tutan adamlar çalışır. Belə rnadamlarla çalşdığım üçün özümü şanslı futbolçu hesab edirəm.
Hafiz rnMəmmədovun xətrini çox istəyirəm. O həmişə bizim yanımızdadı, hər zaman rnfutbolçusuna dəstək verib. Ona görə də, bu inama cavab vermək, təşəkkür rnetmək üçün yaxşı oynamaq lazımdı. O bizdən yalnız bunu istəyir. Bunu təkrn mən demirəm. Hamı bunu bilir.
Birlik kuboku
Hərdənrn mətbuatda “Birlik kuboku”nun heç bir faydasının olmadığını deyirlər. rnMən bununla qəti razı deyiləm. Ona görə yox ki, mən bu turnirdə bir neçərn dəfə qalib olmuşam. Ona görə ki, bura futbolçunu yoxlamaq üçün rnpoliqondu. Bu, əla turnirdi. Hər bir omanda, heyətindən asılı olmayaraq,rn qalib gəlmək üçün oynayır. Burada rəqiblər təlim-məşq toplanışında rnoynadığımız rəqiblərdən heç də zəif deyil. Onda niyə bunu pisləyək? Son rnillər onun şöhrəti azalsa da, -bu yarış keçmiş Sovet məkanının ən böyük rnturniri adını qoruyur.
Təşəkkür...
6 rnildi buradayam. Azərbaycan futbolu inanılmaz dərəcədə dəyişib. Futbola rnpul qoyan adamlara əhsən demək lazımdı. Götürək elə bizim bazanı: Buradarn 400-ə yaxın uşaq və yeniyetmə futbolla məşğul olur. Yüzlərlə adam işlə rntəmin edilib. Bu, xalq üçündü. Heç bir iş adamı bunu özü ilə apara rnbilməz.
Bu baza hələ əlli il, bəlkə də yüz il xalqa xidmət edəcək, rninsanları sağlam həyat tərzinə yönləndirəcək. Rəhbərlər insanlara bu rnsahədə özünü göstərməsi üçün şans yaradırlar. Hafiz Məmmədov, Mübariz rnMənsimov, Cahanğir Hacıyev və başqaları futbol naminə çox vacib işlər rngörürlər. Allah da onlara bunun əvəzində daha çox imkan verəcək.
Uşaqrn futboluna bu qayğı qarşılıqsiz qala bilməz. Bu uşaqların içində yetişənrn futbolçular üçün qapılar açılır. Onlara verilən şansdan yararlanıb, rnAvropaya getmək, ildən ilə daha asan olacaq. Bu həm klub, həm də milli rnkomandalar səviyyəsində baş tutacaq.
Sadəlik...
Mənrn oynadığım komandada perspektiv vəd edən, digərlərini ikibaş üstələyən rnuşaqların çoxu axırda futbolçu ola bilmədilər. Səbəb isə özündən rnrazılıqdı. Kim ki çox vaxt kölgədə qalır, çalışırsa, sonda bunun rn“mükafatını” alır. Sadə olmaq lazımdı. Bu nədən xəbər verir? Qeyri-adi rnsəslənsə də, əsas heyətə düşməyən, zədələnərək kənarda qalan uşaqlara rndemək istəyirəm ki, ruhdan düşməyin, çalışın. Sizin vaxtınız çatacaq. rnGözləmədiyiniz anda məşqçi sizi çağırıb, diqqətini sizə yönəldəcək.
Hərrn şey öz əlinizdədi. Bu gün əsas heyətdə oynayan yoldaşına təslim olma, rnrəqabət apar. Öz üzərində yorulmadan işləsən onu üstələyə bilərsən.
Şərəf tribunası...rn
Milli komanda mənim üçün bir şərəf tribunasıdı. Vəzifəsindən asılı rnolmayaraq, hər bir vətəndaş ölkəsini təmsil edirsə, o, bu xalqın rnsimasına çevrilir. Birinci bunu dərk etmək lazımdı. 2003-cü ildə evdə rnHollandiyanı udduq. 2006-cı ildə səfərdə İtaliya ilə əla oynadıq. 2:1 rnuduzsaq da, qol ötürməsi verdim. Marçello Lippi bizi yaman tərifləmişdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |