Ernad Skuliç: "Bakı" Azərbaycanın bir nömrəli klubudur"
rnrn
"Bakı"nın xorvatiyalı yarımmüdafiəçisi Ernad skuliçin müsahibəsi
- Xorvatiyada futbol çox populyardı. Hər bir məhəllədə, məktəbdə futbolrnmeydançaları var. Uşaqların çoxu, məhz, bu idman növünə həvəs göstərdiyi üçünrnbizim ölkənin yığması dünyada ən güclülərdən biri hesab edilir. Futbola gəlişimi indiyə kimirnunutmuram. O zaman on yaşında idım. Zapreşik adlı balaca şəhərdərnyaşayırdıq. Hər günümüz uşaqlarla futbol oynamaqla keçirdi. Məhəlləmız çoxrnkasıb idi. Uşaqların, demək olar, hamısı futbol məktəbinə yazılmışdı. Bir günrnmən də evdən xəbərsiz uşaqlarla getdim futbol məktəbinə. Müəllim mənirnmeydançada yeni gələnlərlə birgə ayrıca məşq etdirdi. Ertəsi gün isə əsas qruparnsaldı. Bundan sonra atam mənə lazım olan ləvazimatları aldı. Müharibədən sonra ilkrndəfə idi ki, bu qədər sevinirdim.
rnrn- Ötən əsrin 90-cı illəri Balkanlar dünyanın ən qaynar nöqrələrindənrnbirinə çevrilmişdi...
rn- Yuqoslaviyanın dağılması nəticəsində bu birliyə üzv olan bütün dövlətlərdərnmüharibələr baş verirdi. Biz əslən Bosnyadanıq. Orada baş verən dəhşətlirnmüharibə nəticəsində evimizi tərk edib, Xorvatiyaya üz tutmuşduq. Atamrnmüharibədən əvvəl Zaqrebdə işlədiyi üçün bizə burada məsgunlaşmaq çətin olmadı.rnMüharibə qurtarandan sonra da Bosnyada vəziyyət acınacaqlı olduğu üçün bir daharnoraya qayıtmadıq. Xorvatiyada da həmin vaxt müharibə baş vermişdi. Lakinrnonlar çox az itgi vermişdilər. Şəhərlərdə təlafat və dağıntı demək olarrnolmamışdı. Buna görə də bu ölkə tez bir zamanda inkişaf etdi. Bosnyada isərnhəyat indi-indi başlayır.
- Uzun illər ərzində yetirməsi olduğun Zapreşikrn"İnter"ındə oynadın, hətta onun kapitanı da oldun...
rn- On yaşımdan etibarən bu klubun sıralarına qatıldım. Biz demək olar hər ilrnAvropanın müxtəlif ölkələrində təşkil edilən turnirlərə gedirdik. 15 yaşımdarnAlmaniyada yeniyetmələr arasındakı turnirdə ən yaxşı futbolçu seçilmişdim. Mənərndiplom da vermişdilər. 16 yaşımdan əvəzedici, bir il sonra isərn"İnter"in əsas heyətində Xorvatiya liqasında oynamağa başladım. 18rnyaşım olanda "İnter" yüksək liqaya vəsiqə qazandı. Burada MahmudrnQurbanov olduğu kimi bizim də komandada təcrübəli bir futbolçumuz vardı. Ornoynamayanda, kapitan mən olurdum. 23 yaşım vardı. O karyerasını bitirəndənrnsonra isə komandanın yetirməsi olduğum üçün məni əsas kapitan seçdilər. Həm də,rnkomandada hər mövsüm futbolçular dəyişirdi, mən isə hər zaman komandada idim.
- Xorvatiyadakı karyeranla bağlı ən yaddaqalan uğurun hansı olub?
rn- Liqada ikinci yeri tutmuşduq. Həmin mövsüm UEFA Kubokunda mübarizə apardıq.rnBu Azərbaycana gəlməmişdən öncə ən böyük uğurum idi. Bundan sonra Avstryarn"Şturm"undan klubuma təklif gəlmişdi. Klub böyük məbləğdə ödənişrntələb etdiyi üçün avstyalılar bu transferdən vaz keçdi.
- Necə oldu ki, Azərbaycana gəldin?
rn- Eyni klubda on ilə yaxın oynadım. Fikirləşdim ki, karyerama bir yenilikrngətirim. Xorvatiyada futbolçular köçəri quşlara bənzəyir. Onlar bir neçə il oynayandanrnsonra xaricə "uçurlar". Bu hər bir xorvat futbolçunun arzusudu. Mənimrndə qismətimə "Bakı" düşüb. Gələn təklif ürəyimcə olduğunurn"İnter"in prezidentinə söyləyəndə, öncə məni buraxmadı. Sonra isərnfikrimin qəti olduğunu görüb razılaşdı. Futbol oynamağı öyrəndiyim, hər zamanrnevim hesab etdiyim "İnter"i tərk edib gəldim buraya.
- Səhv etmirəmsə, həmin vaxt "İnter"in baş məşqçisi CurornBaqo sənin ilk müəllimin olub...
rn- Bəli, mən ilk dəfə onun rəhbərliyi ilə uşaqlar arasında keçirilən yarışlardarniştirak etmişəm. On il sonra isə Xorvatiya liqasında da onun rəhbərliyi altındarnoynadım. O çox sərt məşqçi idi. Xüsusilə də, davamiyyətə fikir verirdi.rnUşaqlarla çalışdığı vaxt biz hamımız ondan qorxuduq.
- Xorvatiyada yetərincə tanınmağına baxmayaraq, nədənsə heç vaxtrnmilliyə cəlb edilməmisən.
rn- Xorvatiyada milli komandalarda oynamaq üçün rəqabət olduqca yüksəkdi. Millininrnəsas hissəsi Avropanın aparıcı liqalarında oynayan futbolçulardanrnformalaşdırılır. Azərbaycan liqasının reytinqi hələ ki o səviyyədə deyil. Yəqinrnbu səbəbdəndi ki, milliyə cəlb edilmirəm.
- Üç ildən çoxdu ki, buradasan. Təklif olarsa Azərbaycan millisinərnkömək edə bilərsən?
rn- Bu mənim üçün böyük şərəf olar. Hər bir futbolçunun uşaqlıq arzısu millirnforma geyməkdi. Mən Azərbaycanı da özümə doğma yer hesab edirəm. Burada çoxlurndostlarım var. Azərbaycanlıları səmimiliyinə, qonaqpərvərliklərinə,rnmərdliklərinə görə çox sevirəm. Lazım olsam, borcumu bu şəkildə ödəyə bilərəm.
- Üç mövsümdü ki, Azərbaycan liqasında top qovursan. Bu illər ərzindərnfutbolumuzda yer alan hansı dəyişiklikləri qeyd edə bilərsən.
rn- 2007-ci ilə baxanda Azərbaycan futbolu yüksək sürətlə inkişaf edib. Liqadarntemp, yaxşı futbolçular və peşəkarlıq artıb. Elə bizim kluba baxanda hər şeyrnməlum olur. 2007-ci ildə Bakıda əsas komandanın məşq etməsinə normal meydança,rnləvzimatlar çatmırdı. Bu futbolçuların buranı seçməyində də rol oynayırdı. İndirnnəinki əsas hətta yeni yaradılan onlarla komanda üçün əla şərait yaradılır,rnböyük investisiyalar yatırılır. Bu çox önəmli faktordu. İnanıram ki, bu templə,rn2-3 ildən sonra Azərbaycan klubları Avropa liqasının qrup mərhələsində oynayacaqlar.rnMənim də ən böyük arzum bu mərhələdə oynamaqdı.
- Səni tez-tez bazada uşaqların əhatəsində görürük. Fürsətdən istifadərnedərək həm "Bakı"nın həm də digər klubların uşaq futbolunda futbolrnoynayan uşaqlara tövsiyyələrini bölüşərdin.
rn- Futbolçu olmaq üçün birinci əsas şərt intizamdı. Məsuliyyətli olmaq lazımdı.rnMəşqlərə vaxtı-vaxtında gəlib, məşqçinin verdiyi tapşırıqları sorğu-sualsızrnyerinə yetirmək çox vacibdi. Sizə bir sirr açım ki, məşqçilər, adətən, çox sularnverən, məşqdə danışanları sevmirlər. Ona görə də boş-boş söhbətlə uymamaq,rnancaq futbol barədə düşünmək lazımdı. Bütün bunlardan sonra fərdi istedadrnbarədə danışmaq olar.
rn"Bakı" futbol klubunun, onun prezidenti Hafiz Məmmədovun uşaqrnfutbolunun inkişafı üçün gördüyü işlər təqdirəlayiqdi. Bazada Akademiyanın yaradılması,rnuşaqlara qarşı olan xüsusi qayğı və diqqət klubun düzgün strategiya seçməsininrnsübutudu. Tezliklə bizim futbolçular da Avropaya dəvət alacaqlar və rnAzərbaycanı təmsil edəcəklər. Tam səmimi deyirəm ki, "Bakı" Azərbaycanınrnbir nömrəli klubudu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |