"Neftçi" - "Qəbələ": 59-cu duel

18.03.2022 | 4400 dəfə oxunub

Sabah Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək. Stadium.Az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turda “Qəbələ” “Neftçi” ilə görüşəcək.

Bakıdakı “Bakcell Arena”da keçiriləcək matç iki komanda arasında 59-cu duel olacaq.

Komandalar indiyədək 58 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 25 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran "Qəbələ" futbolçuları 84 qol buraxıb. Son üç qarşılaşmada heç-heçə qeydə alınıb. Bu görüşlərin üçündə də hər iki tərəf qol sevinci yaşayıb.

Bu matç Premyer Liqa çərçivəsində 54-cü qarşılaşma olacaq. Əvvəlki 53 qarşılaşmada 16 qələbəsi olan  13 dəfə bir xalla kifayətlənib və 24 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb. 

“Neftçi” ilə səfərdə 30-cu dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 12 dəfə uduzub. "Qəbələ" səfərdə 36 qol vurub, 39-nu buraxıb.(gabalafc.az)

Martın 18-də “Bakcell Arena”da keçiriləcək matç 19:37-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail