Qurban Qurbanov: "Görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi yoxdur"

09.12.2021 | 5924 dəfə oxunub

"Bazel"lə oyunda ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda "Bazel"lə oyun öncəsi mətbuat konfransında deyib.

O, zədəsini sağaldan müdafiəçi Kevin Medinanın bu gün komandaya qoşulacağını söyləyib: "Məşq etdikdən sonra ümumi gedişata baxacağıq. Hazır olsa, oynamaq ehtimalı var. Amma hələ məndə də bu barədə dəqiq məlumat yoxdur".

Qurbanov "Bazel"in oyununda yaxşı mənada dəyişiklik olduğunu vurğulayıb: "Bakıdakı görüşdə bir neçə futbolçusu idman formasından uzaq idi. Amma artıq istədikləri səviyyəyə gəlib çatıblar. Çox uğurlu seriya yaxalayıblar. Sadəcə, son oyunda qələbə qazana bilmədilər. Oyun üslublarında dəyişiklik olmasa da, etdiklərini daha da yaxşılaşdırıb və sürətləndiriblər. Rəqibin çox oyununu izlədim. Geniş heyətə malikdir. Meydana eyni səviyyədə 11 oyunçu buraxmaq gücündədir".

Baş məşqçi bu cür matçların komandası üçün yaxşı təcrübə olduğunu söyləyib: "Biz bunu özümüzdə hiss edirik. Rəqib son vaxtlar daha da inamlı oynayır. Yaxşı mübarizə aparıb layiqli oyun göstərməyi çox istəyirik. Bu komandaya qarşı oynamaq bizim üçün xoşdur. Meydanda fərqli dinamika və düşüncə olacaq. Ona görə də futbolçularım öz oyunlarını sərgiləməklə yanaşı, rəqibin meydanda nə etmək istədiyini də izləməlidir. Bunları edə bilsək, maraqlı oyunun şahidi olacağıq".

Qurbanov nəticələrə baxanda "Qarabağ"ın səfərdə daha yaxşı oynadığı göründüyünü deyib: "Amma qrupun son matçı olduğundan bu görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi yoxdur. Çox istərdim ki, futbolçularım bu oyunu inamlı şəkildə sona çatdırsınlar".

O, əsas hədəflərinin qrup birinciliyi olduğunu əlavə edib: "Yaxşı oyunla yaxşı qələbə əldə etmək istəyirik. Lakin komandam avrokubok matçlarını elə formada keçirib ki, oyunçulara iradım yoxdur. İnanıram ki, sabah nəticə istədiyim kimi alınmasa da, futbolçularımın çıxışından razı olacağam".

Dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail