Ölkə kubokunun finalında 4-cü məkan
“Dalğa Arena” Azərbaycan kubokunun final oyununun keçiriləcəyi 4-cü stadion olacaq. Stadium.az xəbər verir ki, bunadək qaliblər “Tofiq Bəhramov”, “Şəfa” və Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda müəyyənləşib.
Təbii ki, ən çox mərkəzi arenamız buna ev sahibliyi edib. Yalnız istisna hallarda final matçları “Şəfa”da və Sumqayıtdakı arenada keçirilməli olub. Belə ki, 2001-ci ildə “Neftçi” ilə “Şəfa” kubokun qalibini “gənclik şəhəri”ndə müəyyənləşdirdi. Bundan 6 il sonra isə “Qarabağ”la “Karvan” “Şəfa” stadionunda görüşdü.
Maraqlıdır ki, AFFA-nın əvvəlki 2 prezidenti – Fuad Musayev (1992-2003) və mərhum Ramiz Mirzəyevin (2003-2007) vaxtında kubokun final oyunu ilə bağlı Respublika stadiondan kənara çıxmaq olub. Bu, 2008-ci ilin martın 14-dən AFFA-nın prezidenti olan, 3 gün öncə vəzifəsinə yenidən seçilən Rövnəq Abdullayevin vaxtında ilk dəfə olacaq. Əslində ötən ildən istifadəyə verilən “Dalğa Arena” AFFA-nın Futbol Mərkəzinin nəzdindədir və ən əsası, Respublika stadionunda təmir işləri getdiyindən, yığmalarımız ev oyunlarını da orada keçirir. Bu mənada kubokun final matçının da “Dalğa Arena”ya salınmağı gözlənilən idi.
Azərbaycan kubokunun final oyunlarıTarix qalib finalçı hesab 30.08.1992 “İnşaatçı” (Bakı) “Kür” (Mingəçevir) 2:1 (əlavə vaxtda) 28.05.1993 “Qarabağ” (Ağdam) “İnşaatçı” (Sabirabad) 1:0 (əlavə vaxtda) 08.06.1994 “Kəpəz” (Gəncə) “Xəzər” (Lənkəran) 2:0 28.05.1995 “Neftçi” (Bakı) “Kür” (Mingəçevir) 1:0 15.05.1996 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) 3:0 28.05.1997 “Kəpəz” (Gəncə) “Xəzri” (Bakı) 1:0 28.05.1998 “Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2:0 28.05.1999 “Neftçi” (Bakı) “Şəmkir” 0:0 (pen 5:3) 28.05.2000 “Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2:1 25.05.2001 “Şəfa” (Bakı) “Neftçi” (Bakı) 2:1 09.05.2004 “Neftçi” (Bakı) “Şəmkir” 1:0 (əlavə vaxtda) 28.05.2005 “Bakı” “İnter” (Bakı) 2:1 (əlavə vaxtda) 03.06.2006 “Qarabağ” (Ağdam) “Karvan” (Yevlax) 2:1 28.05.2007 “Xəzər-Lənkəran” “MKT-Araz” (İmişli) 1:0 24.05.2008 “Xəzər-Lənkəran” “İnter” (Bakı) 2:0 (əlavə vaxtda) 23.05.2009 "Qarabağ" (Ağdam) "İnter" (Bakı) 1:0 22.05.2010 “Bakı” “Xəzər-Lənkəran” 2:1 24.05.2011 “Xəzər Lənkəran” “İnter” 4:2
Qeyd edək ki, cari mövsümdə kubokun final oyunu mayın 17-də keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |