Məhəmməd Salah "Liverpul" klubunu tərk edə bilər

07.03.2021 | 3493 dəfə oxunub

Misir yığmasının futbolçusu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunu tərk edə bilər. Stadium.Az AS nəşrinə istinadən məlumatına görə, 29 yaşlı hücumçunun "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp ilə münasibətləri korlanıb.

Almaniyalı mütəxəssis "Çelsi"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXVII tur matçının 61-ci dəqiqəsində Salahı əvəzləyib. Bu isə təkcə futbolçunun deyil, agenti Abbas İssa Reminin narazılığı ilə qarşılanıb.

Remi "tvitter" hesabında "nöqtə" paylaşıb.

Salahı İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" klubları istəyirlər. Forvardın özü də nə vaxtsa İspaniyanın ən güclü klublarından olan "Real" və ya "Barselona"ya keçəcəyini istisna etməyib. O, eyni zamanda "Liverpul"da mümkün qədər çox oynamaq niyyətində olduğunu açıqlayıb.

Məhəmməd Salah 2017-ci ildən "qırmızılar"ın heyətində yer alır. Onun hazırkı müqaviləsi 2023-cü ilin yayınadəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail