Kamran Ağayev: "Qışqırıram, əsəbi oluram"

03.02.2021 | 4132 dəfə oxunub

"Baş məşqçimiz Aftandil Hacıyevin qərarına görə, əsas heyətin tərkibində meydanda idim. Bu klubun oyunçusuyamsa, “hazır deyiləm”, “oynaya bilmərəm” sözünü işlədə bilmərəm. Baş məşqçi deyirsə, oynamalısan".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Səbail"in oyunçusu Kamran Ağayev klubun rəsmi saytına açıqlamasında səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

673 günlük fasilədən sonra rəsmi matça çıxan 35 yaşlı qapıçı bildirib ki, yenidən meydanda olmaq və qələbə qazanmaq sevindiricidir: "Oyunda əsas məsuliyyət o idi ki, komandanın əziyyətini yerə vurmayım. Çünki meydanda məndən başqa daha 10 nəfər var idi. Qələbə də, məğlubiyyət də hamımızındır. Kiçik bir səhvlə məğlub ola bilərdik. Lakin qələbə ilə qayıtdıq".

Təcrübəli qolkiper yenidən futbola qayıtmasına şərait yaratdığı üçün komandanın baş məşqçisi Aftandil Hacıyevə təşəkkür edib: "İlk olaraq, Aftandil müəllimə "çox sağ ol" deyirəm. Əlim gipsdə ola-ola “Səbail”dən zəng gəldi və məni dəvət etdilər. Açıq dedim ki, mən hələ 6-7 ay komandaya xeyir verə bilməyəcəyəm. Sağalma dövrü, adaptasiya və əvvəlki formama geri qayıtmaq zaman alacaq. Buna baxmayaq, mənə inanıb, güvəndiyinə görə təşəkkür edirəm. Klubun uğurları üçün əlimdən gələni edəcəyəm. Həmin vaxt bir çoxları inanmırdı ki, futbola geri qayıdım. Zədədən sonra karyeramın sonu olduğunu düşünürdülər. İndi isə təbii ki, əvvəlki formamda deyiləm. Lakin buna zaman və güc lazımdır".

Təqribən 2 illik fasilədən sonra meydana qayıdan Ağayev ağrılarının çox olduğunu söyləyib: "Bu dövrdə məşqçilər də, komanda yoldaşlarım da mənə dəstək oldular. Aftandil müəllim zədə almağımdan, qırılmağımdan qorxurdu. Hələ də tam formaya düşməmişəm, artıq çəkilərim var. Hamısını bir vaxtda atmaq da olmur, bədən zəifləyə bilər. Ona görə də zaman lazımdır. Komandanı motivasiya edirdim ki, narahat olmayın, hər şey yaxşı olacaq, rahat oynayacağam. İki ildən sonra ilk dəfə meydanda idim və ağrılarım çox idi".

Oyun vaxtı əsəbi olduğunu deyən qapıçı komanda yoldaşlarının onun bu xasiyyətinə öyrəşdiyini vurğulayıb: "Normal həyatda zarafatcıl, gülən-danışan adamam. İş başında isə 90 dəqiqə başqa adam oluram. Qışqırıram, əsəbi oluram və s. Komanda yoldaşlarım bundan incimirlər, artıq öyrəşiblər (gülür)".

Azərbaycan millisinin sabiq üzvü yığmaya qayıdacağı ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Milliyə qayıtmağımla bağlı mənə çoxlu suallar gəlir. Bu günədək yada düşmürdüm. 90 dəqiqə meydanda olmuşam deyə indi mətbuatda müzakirə olunuram. Hazırda mən yığmaya yox, futbola qayıtmaq üçün forma yığıram. Əgər mənim millidə oynamaq üçün çalışdığımı düşünənlər varsa, bu, yanlış fikirdir. Futbolçu sadəcə, yığmada oynamaq yox, xeyir vermək üçün çalışmalıdır. Hazırda millidə yaxşı qapıçılarımız var və yetişirlər".

Ağayev haqqında yazılanlara fikir vermədiyini əlavə edib: "Həmin yazı ilə bağlı heç kimə geri zəng də etmirəm. Məni tanıyan və vicdanı olan şəxs düzgün yazar. Zədə aldıqdan və futboldan uzaq düşdükdən sonra çox insanın üzünü gördüm. Bir də qeyd etmək istəyirəm ki, meyxana demək mənim hobbimdir. Bunun oyunuma heç bir aidiyyatı yoxdur. Bu mövzunu qabardıb, zarafata çevirmək isə heç xoş deyil".

Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail